Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Demir yeyən insan

Peruda qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 34 yaşlı Requelme Abanto Alvaradonu təcili əməliyyat ediblər. 2 saat davam edən əməliyyatda həkimlər şok bir mənzərə ilə rastlaşıblar belə ki, əməliyyat zamanı məlum olub ki, ağrıya səbəb xəstənin yediyi dəmir parçaları imiş. Həkimlər əməliyyat zamanı onun mədəsindən bir kiloqrama yaxın dəmir pul, dəmir qırıqları və kiçik bir bıçaq çıxarmışlar.
Əməliyyatı həyata keçirən Dr.Delgado kariyerası müddətində belə bir halla ilk dəfə rastlaşdığını və xəstənin psixoloji vəziyyətinin normal olmadığını qeyd edib. O, xəstənin bir müddət psixoloji müalicəyə ehtiyacı olduğunu vurğulayıb.


Tarix: 13.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar
loading...