Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfaya ehtiyacı olan xəstələrin musiqi ilə müalicəsi

Verilən məlumata görə Türkiyənin SAÜ Təhsil və Araşdırma Xəstəxanası Sakarya Cəmiyyəti Ruh Sağlamlığı Mərkəzində müalicə görən yaşları 18 ilə 60 arasında dəyişən 400-ə yaxın xəstə əl işləri və musiqi ilə müalicə edilir.
Burada tətbiq olunan müalicələr sayəsində xəstələr mükəmməl işlər çıxarır. Şəkil çəkirlər, əl işləri ilə məşğul olur, proqrama əsasən müəyyən günlərdə musiqi təhsili alırlar.
Həkim. Tolun, aparılan işlərdən xəstələr və xəstə yaxınlarının məmnun olduğunu ifadə edərək müalicələrin pulsuz həyata keçirdiyindən də bəhs edib. Onun sözlərindən aydın olur ki, onlar xəstələrin düzəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Onların ictimailəşməsi üçün nizamlı proqramlar da tərtib ediblər. Xəstələr haqqında onlar bu sözləri deyiblər: onlar əsla təcavüzkar və ya ətrafa zərər verən kəslər deyil. Onlar ilə çox gözəl dialoqlarımız var. Bizə gəlmək istəyən xəstələr mütləq həkimləri tərəfindən göndərilməlidir, o zaman diaqnoz və müalicə ən uyğun şəkildə tətbiq edilə bilər.


Tarix: 09.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Məlumatlar
loading...