Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə məscidi (Qəzvin)

Qəzvin Cümə Məscidi – Azərbaycanın ən qədim məscidlərindən birinin daxil olduğu kompleksə məsciddən başqa bir neçə mühüm tikili də daxildir. Qəzvin cümə məscidi Azərbaycan memarlığında özünəməxsus yeri olan abidələrdəndir.

Qəzvin Cümə Məscidi uzun formalaşma tarixi olan və iç həyət ətrafında müxtəlif çağlarda tikilmiş bina və yerləşgələr toplusundan ibarət mürəkkəb quruluşlu abidədir. Onun ilk özül daşı VIII yüzildə qoyulmuş, son tikintisi XX yüzilin ortalarında aparılmışdır. Bu tarixlər arası müddətdə Came məscidi dəfələrlə genişləndirilib, yenidən qurulmuşdur. Qəzvin Cümə məscidi kompleksinə daxil olan abidələrdən ən dəyərlisi sözsüz ki, Əmir Xumartaş Türbəsi, ya da Xumartaş Məqsurəsi adı ilə tanınan Səlcuqlu dövrü abidəsidir. Abidə xalq arasında daha çox Xumartaş Günbədi adı ilə tanınır. Orta əsr yazarları Qəzvin Cümə məscidindən danışanda bildirirlər ki, "Azərbaycan ölkəsindəki Qəzvin şəhrinin came məscidinin möcüzələrindən biri məscidin qarpız biçimli çox uca məqsurəsidir. Başqa ölkələrdə ona tay yoxdur."[1]

Xumartaş günbədinin indi bayır tutumunu üst-üstə kub, səkkiz üzlü və günbəz yaradır. Sferik səthi lentvari saya bəzəklə örtüldüyündən günbəzin biçimcə qarpıza oxşarlığı var.

Xumrtaş məqsurəsini Səlcuqlu sultanı Sultan Mahmud zamanında Qəzvin hakimi Xumartaş Abdulla oğlu 1106 – 1114 – cü illər arasında tikdirmişdir. Onun kvadrat planlı ibadət salonu tək günbəzlə (diametri 10, 3 m) örtülüdür.


Tarix: 25.02.2013 / 22:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Məscidlər
loading...