Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömər Əfəndi məscidi

Ömər Əfəndi məscidi — Azərbaycan Respublikasının Şəki şəhərində Ömər Əfəndi tərəfindən XVIII-XIX əsrlərdə inşa edilmiş məscid. Məscidin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır. Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir. Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir. İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Məscidin həyətində hovuz yerləşir. Məscidin həyətindəki hovuzun suyundan dəstəmaz almaq üçün istifadə olunur.


Tarix: 25.02.2013 / 22:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Məscidlər
loading...