Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Biz dedik: «Ey Allahın Elçisi! Bizə nə olur ki, sənin yanında olanda qəlblərimiz riqqətə gəlir, dünyadan təcrid olub, axirət yurdunun sakinlərindən oluruq?! Sənin yanından çıxanda isə, başımız ailəmizə qarışır və övladlarımıza üns salırıq, sanki öz-özümüzü inkar edirik». Allah Elçisi (s.a.v) dedi: «Əgər siz mənim yanımdan çıxanda bu cür vəziyyətdə olsanız, mələklər sizi evinizdə ziyarət edərdilər. Əgər siz günah etməsəniz, Allah (yerinizə) başqa məxluq gətirər, onlar günah edər, Allah da onları bağışlayar». Mən soruşdum: «Ey Allahın Elçisi! Xilqət nədən yaradılıb?» O: «Sudan» - deyə cavab verdi. Biz soruşduq: «Bəs Cənnət nədən düzəldilib?» O, cavab verdi: «Bir kərpic gümüşdən, bir kərpic qızıldan. Onun (divarlarının) malası xoş ətirli müşkdəndir. Onun çınqılları mirvaridən və yaqutdan, torpağı isə zəfərandandır. Ora daxil olan nemət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəlməz və qocalmaz». Sonra dedi: «Üç adamın duası rədd olunmaz; ədalətli rəhbərin, oruc tutanın iftar vaxtı etdiyi dua və zülmə məruz qalanın duası. Allah o duanı buludların üzərinə yüksəldir, səma qapıları onun üçün açılır və Rəbb buyurur: «İzzətimə and olsun ki, bir müddət keçsə belə, Mən sənə mütləq kömək edəcəyəm».
ət-Tirmizi 2526, 2717. əl-Albani مم خلق الخلق (xilqət nədən yaradılıb) kəlməsi istisna olmaqla hədisi səhih adlandırmışdır.
Tarix: 24.04.2013 / 21:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Hedisler