Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Bədr Əhlinin Fəziləti)

İslamda ilk böyük döyüş olan Bədr döyüşündə iştirak edənlər.

Əbu Abdurrahmən əs-Suləmi deyir ki, mən Əli ibn Əbu Talibin (r.a) belə rəvayət etdiyini eşitdim: «Peyğəmbər (s.a.v) məni və Zubeyr ibnul-Əvvamı - atlı olduğumuz halda - (Məkkəyə doğru) göndərib dedi: «Filan baxçaya çatana qədər gedin. O baxçada bir qadın olacaq. O qadında Hatibin müşriklərə yazdığı məktubu var. Onu mənə gətirin!» Biz o qadına Peyğəmbərin (s.a.v) təsvir etdiyi yerdə, dəvəsinin üstündə gedərkən çatıb soruşduq ki: «Səndəki məktub haradadır?» O dedi: «Məndə məktub yoxdur». Biz onu da, onun dəvəsini də axtardıq. Zubeyr (r.a) dedi: «Mən heç nə görmürəm». Mən dedim: «Peyğəmbər (s.a.v) yalan danışmaz. Canım Əlində Olana and olsun ki, ya səni soyunduracağam, ya da məktubu (öz xoşunla) çıxaracaqsan». Qadın əlini əynindəki yun paltarının qurşağına salıb məktubu çıxartdı. Biz Peyğəmbərin (s.a.v) yanına qayıtdıq. Ömər dedi: «Hatib (r.a) Allaha, Onun Elçisinə və möminlərə xəyanət etdi. Burax, onun boynunu vurum!» Peyğəmbər (s.a.v) dedi: «(Bu işi görməyə) səni vadar edən nədir?» Hatib (r.a) dedi: «Mən yalnız Allaha inanan bir adamam. (Bunu isə müşriklər) Məkkədəki yaxınlarıma toxunmasınlar deyə belə etdim». Peyğəmbər (s.a.v) dedi: «Doğru deyir, ey Ömər! Məgər o, Bədr döyüşündə iştirak etməyibmi? Allah həmin döyüşdə iştirak edənlərin halından xəbərdar olduğuna görə demişdir ki: «İstədiyinizi edin! Artıq Cənnətə girmək sizə vacib edildi». Ömər ağlaya-ağlaya dedi: «Allah və Onun Elçisi daha yaxşı bilir!»

(əl-Buxari «Ədəbul-Mufrad» 438. əl-Albani səhih adlandırmışdır.)


Tarix: 24.04.2013 / 21:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Hedisler
loading...