Səhih Qüdsi hədislər (Dünyada nemət görən kafirin axirətdə əzab görməsi barədə)
Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən (bir adam) gətiriləcək və Oda salınacaq. Sonra da: «Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?» - deyiləcək. O da: «Xeyr! Vallahi, ya Rəbb!» - deyəcək. Sonra Cənnət əhlindən dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və Cənnətə salınacaq. Ona: «Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?» - deyiləcək. O da: «Xeyr! Vallahi, ya Rəbb! Mənə heç bir müsibət gəlmədi və heç bir sıxıntı da görmədim» - deyəcək».
(Muslim 2807 (5021, 7266).
Tarix: 23.04.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Hedisler
loading...