Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Qiyamət günü insanın əzakarının şahidlik etməsi)

Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Soruşdular: «Ey Allahın Elçisi , Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Allah Elçisi (s.a.v) soruşdu: «Günorta vaxtı bulud olmayanda günəşi görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O soruşdu: «Bulud olmayan gecədə bədrlənmiş ayı görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O, belə buyurdu: «Nəfsim Əlində olan Allaha and olsun ki, bu ikisindən birini görməkdə çətinlik çəkmədiyiniz kimi, Rəbbinizi görməkdə də çətinlik çəkməyəcəksiniz. Qiyamət günü Allah bir qul ilə qarşılaşacaq və ona belə deyəcək: «Ey filankəs, Mən sənə yaxşılıq etmədimmi? Səni başqaları arasında mövqe sahibi etmədimmi? Sənə evlilik nəsib etmədimmi? Sənə at, dəvə vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi?» Qul: «Bəli» - deyə cavab verəcək. Allah deyəcək: «Mənimlə qarşılaşacağını bilirdinmi?» Bəndə: «Xeyr» - deyə cavab verəcək. Allah buyuracaq: «Məni unutduğun kimi, Mən də səni unuduram».(Yəni sən Mənə itaət etmədiyin kimi Mən də sənə Öz rəhmətimi qadağan edirəm.) Sonra ikinci bir qul ilə qarşılaşacaq və ona deyəcək: «Ey filankəs, Mən sənə yaxşılıq etmədimmi? Səni başqaları arasında mövqe sahibi etmədimmi? Sənə evlilik nəsib etmədimmi? Sənə at, dəvə vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi?» Qul: «Bəli» - deyəcək. Allah buyuracaq: «Mənimlə qarşılaşacağını bilirdinmi?» Qul: «Xeyr» - deyə cavab verəcək. Allah buyuracaq: «Məni unutduğun kimi, Mən də səni unuduram». Sonra üçüncü bir (qul ilə) qarşılaşacaq və ona əvvəlkilərə dediklərini söyləyəcəkdir. Qul: «Ey Rəbbim! Mən Sənə, Kitabına və Peyğəmbərlərinə iman etdim, namaz qıldım, oruc tutdum, sədəqə (zəkat) verdim» - deyəcək və bacardığı qədər yaxşılıqlarını sayacaqdır. Allah ona: «Elə isə, sən dur!» - deyəcək. Sonra ona: «İndi sənin əleyhinə şahidimizi göndəririk» - deyiləcək. O öz-özünə: «Görəsən kim mənim əleyhimə şahidlik edəcək?!» - deyə fikirləşəcək. Bu zaman onun ağzına möhür vurulacaq. Buduna, ətinə və sümüklərinə: «Danışın!» - deyiləcək. Budu, əti və sümükləri də onun əməlləri haqqında danışacaq. Bu söylədikləri özünə üzrxahlıq qazanması üçündür. Bu münafiqdir, bu Allahın qəzəbinə düçar olan kimsədir!» (Muslim 2968, 5270, 7628.)

Rəvayət edilir ki, Ənəs ibn Məlik (r.a) demişdir: «Bir gün Allah Elçisinin (s.a.v) yanında ikən o güldü və dedi: «Nəyə güldüyümü bilirsinizmi?» Biz: «Allah və Elçisi daha yaxşı bilir!» - dedik. Allah Elçisi (s.a.v) buyurdu: «Bir qulun Rəbbinə belə müraciət etməsinə (gülürəm). Qul deyəcək: «Ey Rəbbim, Məni zülmdən qorumadınmı?» Allah buyuracaq: «Bəli». Qul deyəcək: «Bu gün mən əleyhimə özümdən başqa («Özümdən başqa», yəni «insanlardan başqa». Çünki bundan əvvəl mələklər Adəm övladının əleyhinə şahidlik etmişlər. Bəqərə surəsinin 30-32-ci ayələrində buyurulduğu kimi.) şahid qəbul etmirəm». Allah buyuracaq: «Bu gün sənin öz əleyhinə şahidliyin və «Kiramən-Kətibin»in (əməlləri yazan mələklərin) də sənin əleyhinə şahidlik etmələri yetər». Allah Elçisi (s.a.v) buyurdu: «Bundan sonra onun ağzı möhürlənəcək və əzalarına: «Danışın!» - deyiləcək. Əzaları da onun əməlləri haqqında danışacaqlar. Sonra ona (əzaları ilə) danışmasına icazə veriləcək və o, əzalarına deyəcək: «Həlak oldunuz! Axı mən sizi müdafiə edirdim!»


Tarix: 23.04.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Hedisler
loading...