Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnətə Sorğu Sualsız Girənlər

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) dedi: «Həcc mövsümündə ümmətlər mənə göstərildi. Mənim ümmətimin çoxluğu xoşuma gəldi. Dağlara və düzənliklərə doluşmuşdular. Mələklər dedilər: «Ey Muhəmməd! Razı qaldınmı?» Peyğəmbər (s.a.v) dedi: «Bəli, ey Rbbim!» Allah dedi: «Onların arasında yetmiş min nəfər vardır ki, onlar sorğu-sualsız Cənnətə girəcəkər. (Bunlar) o kəslərdir ki, (heç kəsdən) ofsun oxumağı tələb etməzlər, dağlanmazlar, (əlamətləri) uğursuzluğa yozmazlar və yalnız özlərinin Rəbbinə təvəkkül edərlər». Ukkaşə dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Peyğəmbər (s.a.v) dedi: «Allahım! Bunu onlardan et!» Başqa bir kişi dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Dedi: «Ukkaşə səni qabaqladı»


Tarix: 23.04.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Hedisler
loading...