Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Əlhəmdu Lilləhi Həmdən Kəsiran Tayyiban Mubarəkən Fihi) kəlimələrinin fəziləti

Rəvayət edilir ki, Ənəs (r.a) demişdir: «Peyğəmbər (s.av) namaz qılarkən bir kişi gəlib: «Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!» - dedi. Namazı bitirdikdən sonra Peyğəmbər (s.a.v) dedi: «Bu kəliməni deyən kimdir!» İnsanlar susdular və o, bunu üç dəfə təkrarladı. Həmin kişi dedi: «Onu mən dedim və onu deməkdə də istəyim yalnız xeyir idi». Peyğəmbər (s.a.v) dedi: «Artıq on iki mələk (onu yazmaq üçün bir-biri ilə) yarışdılar, lakin onu necə yazacaqlarını bilmədilər. Nəhayət Rəbblərindən (s.a.v) soruşdular, O da: «Qulumun söylədiyi kimi yazın!» - deyə buyurdu».

(Əhməd 12519, 12988, 13011, 13329, 13341, 13843,13871. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə görə səhih adlandırmışdır.)


Tarix: 24.04.2013 / 21:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Hedisler
loading...