Əl Kafi - (ərəb. الكافي) h.q. III-IV (m. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Siğatul İslam Əllamə Kuleyni adı ilə tanınan Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni Əl-Razi-dir.Mündəricat
1 Haqqında
2 Tərkibi
3 Ravilər
4 Əsərin özəllikləri
5 Şərhlər
6 Hədis kateqoriyaları
7 Əsər haqqında deyilmiş təriflər
8 İstinadlar
9 Ədəbiyyat
10 Xarici keçidlər
11 Həmçinin bax
Haqqında
İslam dünyasının an boyuk alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi»dir. Məhz bu kitaba görə o, «Siqqətu'l-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir. «Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulu'l-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuu'l-Kafi» adlanan ikinci hissə isə şəriət və ehkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətu'l-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulu'l-Kafi» 8 kitabdan ibarətdir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən artıqdır. Bu, dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə-cəfəri hədis məcmuəsi sayılır. Bu baxımdan, «Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir.
Tərkibi
Əl Üsul min Əl Kafi
I Cild
«Əğıl və cəhalət»
«Elmin fəziləti»
«Tövhid»
«Höccət»
II Cild
«İman və küfr»
«Dua»
«Quranın fəziləti»
«Muaşirət»
Əl Füru min Əl Kafi
III Cild
«Təharət»
«Heyz»
«Cənazələr»
«Namaz»
«Zəkat»
IV Cild
«Oruc»
«Həcc»
V Cild
«Cihad»
«Məişət»
«Nikah»
VI Cild
«Akika»[1]
«Talaq»
«Azadlıq və Tədbir və Yazı»
«Balıqçılıq»
«Karkaslar»[2]
...
Ravilər
Kuleyni hədisləri Əhli Beyt İmamları ilə görüşmüş hədis ricalından və mühəddislərindən rəvayət etmişdir. Dövrün məşhur ustadları rəvayət etdikləri hədisləri ona oxuyur, ondan hədis rəvayət edir və dinləyərək, icazəsini alaraq onun təlimindən keçirdilər.[3]
Onun ilk qurşaq raviləri bunlardır :
ən-Nəcaşi
əs-Səduq
İbn Kaləveyhî
əl-Murtəza
əl-Müfîd
ət-Tusî
ət-Təlaqbəri
əz-Zurari
İbn Əbu Rafi
Əsərin özəllikləri
Əsərin önəmini artıran bir çox ayrıcalıqlı özəlliyi vardır. Ən önəmlisi odur ki, bu əsərin müəllifi, Cəfəri şiələrinin on ikinci və sonuncu imamı Məhdinin (ə.f.) nümayəndələrinin (naiblərinin) zamanında həyatda idi. Seyid İbn Tavus belə deyir :
Məhəmməd ibn Yəqubun təsnifləri və vəkillər zamanındakı rəvayətləri, vəkillər tərəfinfən onun nəql etdiklərinin təhqiqinə imkan verirdi.[4]
Çox azı müstəsna, "əl Kafi"-də mövcud olan hədilərin müəllif ilə məsum imam arasındakı bütün ravi zənciri əksiksiz olaraq zikr edilir. Bəzən rəvayət zəncirinin başı həzf[5] edilə bilir bilir. Bunun səbəbi, müəllifin heç bir əlaqələndirici olmadan birbaşa rəvayətin qaynağında nəql edə bilməsi ola bilər. Ya da qısa bir vaxt öncədən zikr etdiyi rəvayətlə əlaqələndirmiş olması da olabilər. Dolayısı ilə rəvayət zəncirinin giriş qismi yer almayan hədisin rəvayət zənciri, tam nəqlolunan əvvəlki hədis hökmündədir, demək istəmişdir.[6]
Şərhlər
«Əl-Kafi»yə çoxlu şərhlər yazılmışdır :
Şərhu Məhəmməd Əmin əl Astrabadi əl Əxbari (HQ ?-1036)
M. B. Damad (HQ ?-1040), "ər Rəvaşihu's Səmaviyyəh fi Şərhi'l Əhadisi'l-İmamiyyə"
Şərhu Molla Sədra Şirazi (HQ ?-1050)
Şərhu Molla Məhəmməd Salih əl Mazandarani (HQ ?-1080)
Mirzə Rafiuddin Məhəmməd ən Nəimi (HQ ?-1082), “Kitabul İntisar fi Sihhatil Kəfi”
Şeyx Xəlil ibn Qazi əl Qəzvini (HQ ?-1089), "əş Şafi"
Qasım ibn Məhəmməd ibn Cavad ibn Vəndî (HQ ?-1100), "Camiu'l Əhadis və'l-Əqval"
Əli ibn Məhəmməd əl-Amuli (HQ ?-1104), "Durru'l Mənzum min Kəlami'l Məsum"
Əllamə Məclisi (HQ ?-1110), "Mir'atu'l Uqul fi Şərhi Əxbari Ali'r Rəsul"
Molla Möhsün Feyz əl Kaşani, "əl Vafi"
Məhəmməd ibn Məhəmməd əl İstahbanati əş Şirazi, "Kəşfu'l Kafi"
Məhəmməd ibn Abduali əl Kutayfi (XIII yüzillik), "Xudə'l Uqul fi Şərhi Əhadisi'l Usul"
Hədis kateqoriyaları
Kitabdaki hədislərin heç də hamısı səhih hədis deyil. Kuleyni özu «Əl-Kafi» barəsində yazır ki, buradaki hər bir hədisi Qurani-Karimlə tutuşdurun va hansı hədis Qurana uyğun gəlirsə onda səhihdir. Məşhur İslam alimlərinin araşdırmalarının nəticəsində Kuleyninin Kafi kitabındaki hədislar 5 kateqoriyaya bölünmüşlər. Bu kateqoriyalar asağıda verilib[7]:
I kateqoriya hədislər – səhih : 5 072
II kateqoriya hədislər – həsən[8] : 144
III kateqoriya hədislər – muvassaq[9] : 178
IV kateqoriya hədislər – qavi : 302
V kateqoriya hədislər – zəif : 9484
Əsər haqqında deyilmiş təriflər
Şeyx Müfid belə deyir :
"əl Kafi" şiə kitablarının ən üstünü və ən faydalısıdır.[10]
Şəhid Məhəmməd ibn Məkki ibn Hazin belə deyir :
Hədis sahəsində İmamiyyə məzhəbi "əl Kafi"-nin bir oxşarını yaza bilməmişdir.
əl Feyz belə deyir :
"əl Kafi" hədis sahəsində qələmə alınmış əsərlərin ən üstünüdür, ... Çünki təməl prinsiplərinin ən açıq olanlarını təşkil etməkdədir."[11]
Şeyx Nuri Təbərsi belə deyir :
Dörd kitab arasında “Kəfi”, ulduzlar arasında günəş kimidir. Əgər insaflı adam onu dərindən araşdırsa, oradakı əhəd sənədlərinin vəziyyətini araşdırmaqdan əl çəkər. Yalnız etibar əldə edər, onun düzgünlüyü və sübutu barədə həmin şəxsdə arxayınlıq əmələ gələr”[
Tarix: 24.02.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 728 Bölmə: Hedisler