Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «İsrail oğullarının arasında iki qardaş var idi. Onlardan biri günah edərdi, digəri isə ibadətdə çalışqan idi. İbadətlə məşğul olan daim digərini günah edərkən görər və (hər dəfə ona): «Tərk et!» - deyərdi. Bir gün onu yenidən günah edərkən görüb ona: «Tərk et!» - dedi. O da: «Məni Rəbbimlə tək burax! Məgər sən mənim üzərimə gözətçi göndərildin?» - deyə cavab verdi. O dedi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaq, yaxud Allah səni Cənnətə salmayacaq». Bu zaman (mələk) onların ruhlarını alıb aləmlərin Rəbbinin hüzuruna gətirir. Allah ibadətdə çalışqan olana deyir: «Sən Məni tanıyırdınmı», yaxud «sən Mənim Əlimdə olana sahib idinmi?» Allah günahkar olana deyir: «Rəhmətim sayəsində get və Cənnətə daxil ol», - digəri haqqında isə deyir: «Onu Cəhənnəmə aparın!» Əbu Hureyra dedi: «Nəfsim əlində Olana and olsun ki, o bir söz söylədi, onunla dünyası da, axirəti də məhv oldu».
(Əbu Davud 4901, 4255. əl-Albani «Mişkət»də (? 2347) səhih olduğunu bildirmişdir. )
Cundəb (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir adam dedi: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq!» Uca Allah belə buyurdu: «Mənim filankəsi bağışlamayacağıma and içən kimdir? Həqiqətən Mən onu bağışladım və sənin əməlini də boşa çıxartdım!»
(Muslim 2621 (4753, 6847).
Tarix: 24.04.2013 / 21:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Hedisler