Əbu Hureyrə-Allah ondan razı olsun-demişdir: "Qubalı ənsarlardan bir nəfər Allahın elçisini sallallahu aleyhi və səlləmin dəvət etdi, birlikdə getdik. Allahın elçisi sallallahu aleyhi və səlləm yeməyini yeyib, əllərini yaxalayarkən belə dua etdi: "Yedirən, yedirilməyən, bizə bəxş edən, bizə doğru yolu göstərən, bizi doyuran və içirən, hər gözəl bəla ilə imtahan edən, məclisindən qovulmayan və tərk olunmayan, bizi nemətinə küfr edənlərdən etməyən və hər zaman Özünə ehtiyac duyulan Allaha həmd olsun. Yemək yedirən, içirən, çılpaqları geyindirən, zəlalətdən qurtarıb doğru yola gətirən, zülmətdən nura çıxaran, məxluqatlarının bir çoxundan bizi üstün edən Allaha həmd olsun. Aləmlərin Rəbbinə həmd olsun!" (hədis həsəndir: İbn Əbi əd-Dünya, "əş-Şukur", 15; əl-Hakim, 1/546; əl-Beyhəqi, "Şuabul-İman", 4067; İbn Sünni, 487; Ibn Hibban, 5219; Əbu Nəim, "al-Hilyə", 6/246.)
Tarix: 22.04.2013 / 22:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Hedisler