Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah üçün sevərlər

Ömər ibn əl-Xəttabdan (Allah ondan razı olsun!) rəvayət olunur ki, bir dəfə Allahın rəsulu (Ona Allahın salamı və xeyir-duası olsun!) səhabələrinə buyurdu: “Allahın qulları arasında elələri vardır ki, onlar nə nəbi, nə də şəhiddirlər. Nəbi və şəhidlər onların Allah dərgahındakı məqamlarına qibtə edərlər”. Səhabələr Peyğəmbərdən (Ona Allahın salamı və xeyir-duası olsun!) onların kim olduğu barədə soruşduqda Peyğəmbər: “Onlar bir-birini qan qohumluğuna və var-dövlətə görə deyil, yalnız Allah üçün sevənlərdir. Onların simaları nurdur və onlar nurun fövqündədirlər. İnsanlar qorxduqları zaman onlar qorxmaz, kədərləndikləri zaman kədərlənməzlər”, – deyərək cavab verdi və bu surəni oxudu: “Məgər, onlar Allahın dostları deyillərmi? Onlar üçün heç bir qorxu yoxdur və onlar qüssələnməyəcəklər”


Tarix: 22.04.2013 / 22:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Hedisler
loading...