Əxlaq da ictimai şüurun digər formaları – siyasət, hüquq, elm, din və s. kimi yalnız şüur formasında deyil, həm də insanın davranışının, praktik fəaliyyətinin bir növü kimi mövcuddur.
İnsanın hər hansı fəaliyyəti onun tələbatları və maraqları ilə çox bağlıdır. Etika və psixologiya mütəxəssislərinin çoxu bu fikirdədir ki, insanın bütün motivlərinin əsasını onların şüurlu tələbat və maraqları təşkil edir. Məsələn, estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anlayışına insanın estetik tələbatları, estetik maraqları, estetik zövqü, estetik idealı, estetik hissləri, bədii emosiyaları, bədii qabiliyyətləri, bədii təfəkkürü, bədii təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən, əxlaqi fəaliyyəti əxlaqi şüur reallaşdırır. (Doğrudur, bəzən insan hər hansı bir işi istəmədən, məcburən və ya kiməsə xoş gəlməkdən ötrü görür, ya da öz borcunu, vəzifəsini yerinə yetirir.)
Tələbat və maraqlarla yanaşı insanın əxlaqi fəaliyyətinəəxlaqi hisslər, xüsusən, utancaqlıq, məhəbbət və s. də təsir göstərir. Bunlar çox vaxt xeyirxah işlərin əsas səbəbi olur. Bədxah işlər paxıllıq, düşmənçilik, kinlilik, qısqanclıq, eqoizm, şöhrətpərəstlik və s. hisslər nəticəsində yaranır. Beləliklə, estetik fəaliyyətdən fərqli olaraq, əxlaqi fəaliyyət yalnız müsbət deyil, həm də mənfi ola bilər.
əxlaq və seçimƏsasən insanların gündəlik həyatında və rəftarında reallaşan əxlaqi fəaliyyətin «hüceyrəsi», «kərpici», «hissəciyi» hərəkətdir. Fəaliyyət məhz hərəkətlərin məkan-zaman ardıcıllığı nəticəsində yaranır. Hərəkətlər iki cür olur: 1) əməliyyat xarakterli və 2) əməl xarakterli. Əməliyyat xarakterli hərəkətlərdə digər tərəfin münasibəti tələb olunmur. Məsələn, «O, ağacdan alma dərdi» cümləsi əxlaqi keyfiyyətlərdən bəhs etmir. «O, özgənin ağacından alma dərdi» desək isə söhbət oğurluqdan gedər ki, bu da mühakiməyə səbəb olan hərəkətdir. Artıq diqqət mərkəzində hərəkətin baş verməsi faktı deyil, onun əxlaqi tərəfi dayanır. Hərəkət əməliyyatdan əmələ çevrilir. Adətən, əməliyyata «neytral» hərəkət, əmələ isə etik hərəkət deyilir. Məsələn, «o, mağazadan çörək aldı» neytral hərəkət, yəni əməliyyat, «o, mağazadan xəstə qonşusu üçün çörək aldı» isə etik hərəkət, əməldir. Əməliyyat kortəbii, mexaniki, əməl isəşüurlu işdir. Məsələn, mağazadan nəsə almaq, ev işləri ilə məşğul olmaq, nəqliyyatdan istifadə etmək və s. heç bir əxlaqi məqamla müşayiət edilmədiyi halda, məsuliyyətli vəədalətli olmaq, xeyirxahlıq etmək, kiminsə qayğısına qalmaq kortəbii surətdə mümkün deyil. İnsan bunları dərk edərək həyata keçirir. Çünki fərdi davranış aktı olan əməl – insanın şüurlu surətdə istiqamətlənmiş və sona yetən hərəkətidir. Əməlin qiymətləndirilməsi onu törədənin şəxsiyyətindən çox asılıdır, yəni cinsindən, yaşından, ictimai vəziyyətindən, xasiyyətindən və s. Məsələn, qadının xuliqana fiziki zərbə endirməsi, Fitnənin ağır heyvanı qaldırması, futbol yarışında qadınlardan ibarət komandanın kişi komandasına qalib gəlməsi, azyaşlı uşağın qonaqpərvərliyi, böyüklərə münasibəti, və s. Pis adamın yaxşı hərəkət etməsi o dəqiqə gözə görünür və təriflənir, çünki ondan bunu heç kəs gözləmir. Yaxşı adamın bu hərəkəti etməsi isə heç kəsin diqqətini cəlb etmir. Alovun içində yanan uşağı yoldan keçən xilas edirsə, bu, qəhrəmanlıq kimi nəzərdən keçirilir, yanğınsöndürənlər xilas edirsə, bu, onların vəzifə borcu hesab olunur. Adətən məşhur adamların adi hərəkətləri şişirdilir, pis əməlləri isə ya hiss edilmir, ya da tez bağışlanır. Adi adamlarda isəəksinə – yaxşı əməlləri gözə görünmür, əhəmiyyətsiz qüsurları şişirdilir. Əməlin qiymətləndirilməsində onun yönəldiyi obyekt də mühüm rol oynayır. Məsələn, köməksiz adama – uşağa, qocaya, əlilə və s. əl qaldırmaq, özünü müdafiə edə bilənəəl qaldırmaqdan daha çox günah hesab edilir.
Əməl – insanın konkret hərəkətlərindən ibarət olub, tərifə və ya mühakiməyə, müsbət və ya mənfi münasibətə səbəb olan hər hansı ictimai əhəmiyyətli hərəkətdir.
Əməl – yalnız hərəkətlə yox, həm də hərəkətsizliklə, sükunətlə, susmaqla, passivliklə, laqeydliklə, və ya ton, jest, baxış və s. ilə bildirilən münasibətlə də ifadə oluna bilər. Məsələn, lazımi məqamda etiraz etmək əvəzinə susmaqla müəyyən insanlara müvafiq işə başlamaq üçün razılığını bildirmək, yəni «susmaq – razılıq əlamətidir»; İclasda hücuma məruz qalan kolleqasının xeyrinə olan faktları açıqlamamaq, laqeydliklə, susmaqla nə olacağını gözləmək, «nəyimə lazımdır» – deyə heç nəyə qarışmamaq; nüfuzundan istifadə edərək hansısa işə razı olmadığını səsinin tonu, hərəkət, baxış və ya jestlə anladıb, onunla hesablaşacaqlarını bilə-bilə istədiyi nəticəyə nail olmaq, «gizli səsvermədə» kimə səs vermək lazım olduğunu müdirin «üzündən oxumaq» və s. Bəzi valideynlər övladını cəzalandırmaq üçün onunla müəyyən müddət danışmırlar. Və yaxud iki mübahisə edən şəxsdən biri o birinin söyüşlərini, təhqirlərini sadəcə olaraq cavabsız buraxır, onun «səviyyəsinə enmir». Ya da övlad ev üçün, valideynləri üçün heç bir iş görmür, bütün günü onlarla heç danışmır da. Buna görə də «danışmaq gümüşdür, susmaq qızıl» kəlamı özünü nəinki doğrultmur, hətta bəzən mənfi nəticə verir.
İnsanların və heyvanların ekologiya, psixologiya, pedaqogika, kriminologiya sahəsindəki fəaliyyətinə bəzən davranış deyilir. Etikada davranış yalnız şüurlu fəaliyyətdir ki, bu zaman hərəkətlər azad seçim şəraitində baş verməli vəəxlaqi keyfiyyətə malik olmalıdır. Əxlaqi davranış cəmiyyətdə mənəvi iqlimin yaranmasında, əxlaqi sərvətlərin formalaşmasında böyük rol oynayır. Əxlaqi davranışəxlaqi fəaliyyətə nisbətən daha dar məna daşıyır. Əxlaqi davranış insanın şüur və iradəsi ilə bağlı olan əxlaqi əməllərin məcmusudur. Yəni əməl davranışın vahidi, elementidir. Hər hansı bir əməlin törənməsi insanların bir-birinə müəyyən münasibəti ilə nəticələnə bilər. Belə münasibətlər çox zaman əxlaqi münasibətlər olur. Əxlaqi münasibətlər arzu və ya xülya şəklində mövcud olmayıb, müəyyən fəaliyyətləəlaqədardır. Kömək, məsləhət, toxtaqlıq və s. bu qəbildəndir. Əxlaqi münasibətlərə milli, dini və s. amillər də təsir edir ki, bu da bəzi adət vəənənələrə gətirib çıxarır. Məsələn, alman dəqiqliyi, şərq qonaqpərvərliyi və s.
hər insan öz yolunu seçirƏslində hər hansı şəxsiyyətlərarası və ya ictimai münasibətlər müsbət və ya mənfi əxlaqi keyfiyyətə malik olarsa, bu zaman əxlaqi münasibətlər kimi şərh edilə bilər. Məsələn, siyasi münasibətlər baxımından müharibə, müstəsna da olsa, müəyyən şəraitdə zəruri formadır. Əxlaqi cəhətdən qiymətləndirdikdə isə müharibə insanların kütləvi şəkildə öldürülməsinə səbəb olduğu üçün əxlaqsız hərəkətdir. Beləliklə, əxlaqi davranış əməllərin, adətlərin, əxlaqi münasibətlərin məcmusudur. Davranışın əxlaqi və ya qeyri əxlaqi (əxlaqsız) ola bilməsini nəzərə alaraq qeyd edək ki, insanın davranışına qiymət vermək elə də asan deyil. Belə qiymətləndirmə zamanı meyar, adətən, o olur ki, insanlara bunun nə kimi xeyri və ya ziyanı var, qəbul edilmiş normalara bu nə dərəcədə uyğundur? Bu ziyanı və ya xeyri dərhal düzgün qiymətləndirmək, işin nəticələrini əvvəlcədən görə bilmək də həmişə mümkün olmur. Bu zaman işin nəyin naminə görüldüyünü də bilmək vacibdir. Belə hallarda bəzi amillər nəzərə alınmalıdır. İlk növbədəəməllərin bir-biri iləəlaqədar olan struktur elementlərindən başlamaq lazımdır. Bunlara motiv, nəticə, şərait və vasitələr aiddir. İnsanı hər hansı hərəkətə adətən bir yox, bir neçə motiv təhrik edir. Belə hallarda əsas motiv aşkara çıxarılmalıdır. Eyni hərəkətlər motivindən asılı olaraq müxtəlif cür qiymətləndirilə bilər. Məsələn, ağacların budanması, və ya xuliqanlıq məqsədilə kəsilməsi. Bir də görürsən, xoş niyyətlə başlanan iş heç də xeyirxah əməllərə gətirib çıxarmır. Nəticədə, xoş niyyətlərdən bəd əməllər yaranır: «Yaxşılıq etmək istədim, pislik çıxdı». Buna görə də hər hansı bir əməlin nəticəsini, yəni insanlara nə dərəcədə xeyir gətirib-gətirməyəcəyini nəzərə almaq lazımdır. Əməlin baş verdiyi şəraitin dəəhəmiyyəti böyükdür. Məsələn, imkanlı adamın yardım etməsi ilə imkansız adamın «yox yerdən», «özündən kəsərək» yardım etməsi arasında böyük fərq var. Məhz şərait motivi nəticəyə çevirə bilər. Məqsədə çatmaq üçün istifadə olunacaq vasitələrin də olması vacibdir. Məsələn, öz qohumlarına yardım etmək üçün dövlət vəsaitindən istifadə edilir; dövlətdə və ya idarədə nizam-intizam yaratmaq üçün insafsızlığa yol verilir, insanların şərəf və ləyaqəti tapdalanır. Bəzən insan dara düşmüş bir adama kömək etmək istəyir, lakin bacarmır, çünki ya lazımi maddi vəsaiti yoxdur, ya da həmin konkret sahədə lazımi bacarığı, prinsipiallığı, mətinliyi kifayət qədər deyil. Məsələn, tibb sahəsindən elementar bilgisi olmayan insan, qəzaya düşənə ilk tibbi yardımı lazımi səviyyədə göstərə bilmir ya ətrafdakıların təsiri altına düşərək düzgün olmayan hərəkətlər edir. Məsələn, tələbə imtahan vaxtı qrup yoldaşının ondan köçürməsinə şərait yaradır. Belə hadisələr bəzən ikiüzlülüyə də gətirib çıxarır: tələbələr özləri «şparqalkadan» köçürməyi, üzürsüz dərs buraxmağı pisləsələr də heç nə dəyişmir. Belə hallar hətta müəllimlərin də başına gəlir. Dərsdəşagird və tələbələrə myxtəlif iradlar tutan müəllimlər özləri iclaslarda oturarkən və ya təkmilləşmə kurslarında mühazirə dinləyərkən bir-biri ilə söhbət edir və hətta partaları da yazırlar.
Bəzən elə hallar da olur ki, hər hansı şəxs ürəkdən bunu istəsə belə, vəzifə borcu iləəlaqədar iş başında olduğu üçün xeyirxah işi yerinə yetirə bilmir. Məsələn, əsgər gecə yarı çox mühüm bir obyekti qoruyarkən kimsə yaxındakı çayda boğulur və köməyə çağırır. Əsgər nə etməlidir? Öz vəzifə borcunu yerinə yetirməkdə davam etməli, yoxsa insan həyatını xilas etməyə çalışmalıdır? Hər iki halda o öz borc və vicdanına qarşı çıxmış olur. İnsanın bir-birini təkzib edən işlər arasında seçim etmək məcburiyyəti qarşısında qalmağına əxlaqi konflikt deyilir. Beləliklə, insanların davranışının düzgün qiymətləndirilməsi o qədər də asan məsələ olmadığı üçün burada tələmtələsikliyə yol verilə bilməz. Yenə də, əlbəttə ki, hərəkətin motivi bəlli olmalıdır. Bəzən insanlar heç özləri öz əməllərinin əsas motivini düzgün müəyyən edə bilmirlər: «özüm də bilmirəm niyə belə etdim» deyirlər. Əməlin baş verdiyi obyektiv, zahiri (təbii, sosial, məsələn, «ictimai fon») və subyektiv, daxili (məsələn, insanın dünyagörüşünün tipi, psixikasının vəziyyəti, xarakterinin cizgiləri və s.) şərait onu icra edənin iradəsindən asılı olmaya da bilər. Çünki əməlin artıq fakta çevrilmiş nəticələri daha insanın hökmünə tabe deyil. Hegelin dediyi kimi: «Daşəlindən çıxdısa, şeytana məxsus olur» (52, 373).
Fəlsəfə və etika tarixində əməllərin zahiri – obyektiv, yoxsa daxili – subyektiv elementlərinə daha çox fikir verməklə bağlı bir-birinə zidd iki fikir mövcuddur. Konsekvensial (consequentia – nəticə sözündən) etikanın, məsələn, evdemonizm, makiavellizm, utilitarizmin nümayəndələri) əsasən hərəkətin nəticələrinə böyük önəm verir, motivin dəyərini arxa plana çəkirdilər. Bunu belə izah edirdilər ki, bəzən xoş niyyətlərdən xoşagəlməz işlər yaranır. Digər nəzəriyyənin nümayəndələri hərəkətlərin dəyərini yalnız motivin dəyəri ilə ölçürdülər. Kant deyirdi ki, işin məğzi görünən hərəkətlərdə yox, onların görünməyən daxili prinsiplərindədir (yenə orada).
Bəzi adamlar müəyyən hərəkətləri vərdiş etdikləri və ya ictimaiyyətə xoş gəlmək, təriflənmək üçün edirlər. Məsələn, kimsəsizlərə etdiyi yardımı bacardığı qədər reklam edənlər var. Buna yalnız o zaman haqq qazandırmaq olar ki, bununla başqalarına nümunə göstərilsin. Və yaxud, ayrı-ayrı adamlar məscidə dərin dini hisslər, inam xatirinə deyil, vərdiş və ya özünü camaata dindar göstərmək üçün gedirlər. Bu, o vaxt belə olur ki, insanın əxlaqi davranışı zahiri xarakter daşıyır, xeyir vəədalət törətmək arzusu yox dərəcəsinə enir vəəxlaqi motivasiyası kifayət qədər olmur. Motivasiya – motivin seçilməsi, dərk edilməsi, başqaları və ya özü qarşısında əsaslandırılmasına deyilir.
İnsan fəaliyyətinin xüsusi növü olan əxlaqi fəaliyyət əxlaqi niyyətdən yaranır, yəni əxlaqi niyyət onun motivi olur. Məsələn, «niyə məhz belə etdin?» sualına: «borcum idi» və ya «başqa cür etməyə vicdanım yol verməzdi» cavabı alınır ki, bu da davranışın xalis əxlaqi motivdən doğduğunu göstərir. Bu, dar mənada əxlaqi fəaliyyətdir ki, belə hallara həyatda az-az təsadüf olunur. Doğrudan da, motivi yalnız sırf əxlaqi hisslər, əxlaqi normalar, əxlaqi təsəvvürlər olan fəaliyyət – nadir hadisədir. Adətən, insanlar öz davranışlarında əxlaqa aid olmayan digər məqsədləri, maraqları, meyarları rəhbər tuturlar, yəni onları fəaliyyətəəxlaqi şüura aid olmayan şüur elementləri də təhrik edir ki, bu da geniş mənada əxlaqi fəaliyyətə aiddir: məsələn, məqsədəuyğunluq (səmərə, xeyir götürmə), effektivlik (qoyulan məqsədə daha yaxşı çatmaq baxımından), siyasi proqramlar, oyunlar və idmandakı müəyyən qaydalar, təlimatlar, qəbul edilmiş gözəllik qanunları (dəb baxımından) və s. Beləliklə, əxlaq insanın hər cür fəaliyyətinin və davranışının mühüm tərəfidir. Hansı motivlə stimullaşmasından asılı olmayaraq, insanın bütün şüurlu və azad fəaliyyəti əxlaqi xüsusiyyətlərə malik olub, «xeyir», «şər», «haqq», «nahaq» meyarları baxımından qiymətləndirilir. Bura insanın dostlarına, yaxınlarına, ailəsinə, əməyə, kollektivə münasibəti; elm, incəsənət, mədəniyyət sahəsində fəaliyyəti; eləcə də gündəlik işləri və s. aiddir. Bütün bunlar nəinki insanın cəmiyyətə, həmçinin cəmiyyətin insana, insanın təbiətə və özünə qarşı münasibətlərini formalaşdırır.
Şüurun daxili elementi olan niyyətlər əməlin motivi olmaya da bilər. Niyyət – hələ baş verməmiş fəaliyyətin obrazı olub, çox vaxt motivlə üst-üstə düşmür. Məsələn, kimsə iclasda söz almaq niyyətindədirsə, bunun motivləri müxtəlif ola bilər: həqiqəti sübut etmək, rəqiblərin cavabını vermək, kütlə qarşısında özünü göstərmək, natiqlik məharətini nümayiş etdirmək, hazırcavab kimi şöhrət qazanmaq və s. Niyyət əməldən əvvəl gəldiyi halda, motiv ondan sonra da yarana bilər. Bu, törədilmişəmələ haqq qazandırmaq, onu əsaslandırmaq üçün edilə bilər. Məsələn, məhkəmə zamanı aqressiv xarakterli adam kiməsə xətər yetirməsini özünü müdafiə etmək, öz şərəf və ləyaqətini qorumaq kimi motivləşdirir. Hegelə görə, motiv həmişə daxili və subyektiv, lakin dərk edilmiş səbəbdir (52, s.372). Əməlin strukturunda insanın şüur və iradəsinə tabe olan yeganə element subyektiv xarakter daşıyan motivdir. Ona görə dəəməlin və ya davranışın əxlaqi qiymətləndirilməsi zamanı motivlər və onların əxlaqi keyfiyyəti mühüm rol oynayır. Bu zaman biz əvvəlcə törədilmişəməlin müsbət və ya mənfi tərəfi ilə, sonra onu icra edənin şəxsiyyəti ilə maraqlanırıq.
Heyvanlardan, körpə uşaqlardan və ruhi xəstələrdən fərqli olaraq, hər bir normal insan öz əməllərinin mahiyyətini, şəxsi motivini, mənəvi (dini, əxlaqi) və hüquqi məsuliyyətini dərk etməlidir. Çünki qanunları bilməmək insanı məsuliyyətdən azad etmir.
Tarix: 09.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 286 Bölmə: Fəlsəfə