Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəxsi mülkiyyət

Şəxsi mülkiyyət — Bəşəriyyətin problemlərinin əsas səbəbi

Qoca dünyamız son min illərdə xüsusilə son 200 ildə 4,5 milyard ilə nisbətən daha dəhşətli hadisələrə şahidlik etmişdir. Bu vəziyyət bir növün özü-özünü məhv etmə prosesidir.Bəşəriyyət tarixi boyu heç bir canlı növü öz növünə qarşı bu qədər amansız olmamışdır.İnsanlığın qəddarlığının biz və bizdən əvvəlki nəsillər müharibələrdə, genositlərdə, şovinist-irqçi siysətin əyani şahidi olub və böyük ehtimalla şahidi olacaqdır.
Milyonlarla insan müharibələrdə bir-birini məhv etdi, kütləvi qırğın silahlarının istehsalı və istifadəsi səbəbi ilə radioaktiv maddələrin ətraf mühitdə bərpası əsrlərə davam edə biləcək izlər qoydu, yoxsul təbəqənin aclıqdan əziyyət çəkməsinə baxmayaraq ki, qida ehtiyyatları bu tələbatı tam olaraq ödəyə bilərdi. Bu kimi problemlər son 200 ildə daha da qabarıq hal almağa başladı. Bunu qeyd etmək olar ki, birinci və ikinci dünya müharibəsində 40 milyon insan ölmüşdür. Bu gün 4 milyard insan yoxsulluq, 1 milyard insan aclıqdan əziyyət çəkir.



Hər kəs bir birinə qarşı özgələşir. Şəhərlərdə, küçələrdə milyonlarla orqanizmdən təcrid olunmuş “tək huceyrəli” insanlar gəzir. Bütün bunları yaradan şəxsi mülkiyyət, şəxsi mənafelərin qorunmasıdır. Şəxsi mülkiyyət, istehsal alətlərinin və istehsaldan əldə ediləcək bütün mənfəətlərin xüsusi insanlara aid olması anlamına gəlir.
Qısaca bir misal ilə şəxsi mülkiyyəti aşağıdakı kimi izah etmək mümkündür:
Fərz edək ki, iki sahə olsun və heyvanlarda sadəcə buradakı ağaclardan istifadə edə bilirlər. Hamısı doyur (fərd başına 10 meyvə bir gün yırtıcı heyvanlar bu ağaclara sahib çıxsa nə olar? Digər heyvanlar ac qalar yırtıcılar bütün ağaclardan meyvələri toplaya bilməzlər. O zaman digər heyvanları ağacdakı meyvələri toplamaq üçün işlətməyə başlayar ama meyvələrin bir qismi yırtıcılara (7 meyvə), bir qismi işləyənə qalacaq (3 meyvə).Yırtıcıların sərvəti artarkən digərləri sadəcə yaşaya bilir. Birdə ola biləcək “heyvan inqilablarına” qarşı bir qisim heyvan silahlandırılır və ideolojik sistem qurularaq tam anlamı ilə vəziyyət qəbul etdirilir. Silahlı güc ağacların olduğu bütün sərhədləri digər sahələrdəki yırtıcı zümrəyə qarşı qoruyur. Bir gün daha çox mənfəət üçün iki tərəf bir-birini ilə sahələr uğrunda döyüşə başlayır.

İbtidai icma cəmiyyətində istehsal qüvvələrinin artımı çox az idi, daş alətlər habelə sonradan ortaya çıxan və o dönəmdə ən təsirli silah olan ox, yay insanın təbiət gücləri və yırtıcı heyvanlar qarşısında özü tək başına qoruya bilməsi üçün kifayət etmirdi. Bundan dolayı olaraq insanlar içində olduqları təhlükəli vəziyyətə qarşı güclərini birləşdirdilər.
İstehsal alətlərini kifayət qədər olmaması “quldarlıq cəmiyyətini” yarada bilmirdi. Çünki insan əməyindən yaradılan artıq məhsul demək olar yox idi. Bunun üçün istehsal alətlərinin təkmilləşdirilməsi lazım idi. Artıq məhsulun ortaya çıxması sinifli bölünməyə səbəb oldu, beləliklə artıq istehsal alətləri olanlar digərləri üzərində hökmranlığa malik oldu. Bu hökmranlığı da ancaq müharibələrdə tutduqları əsirlər üzərində qura bilərdilər.

Bütün əmək formalarında (heyvandarlıq, əkinçilik, ev sənayesi) istehsalın artması, insan əmək hesabına özünü lazımından daha çoxunu istehsal etmək imkanlarını qazandırdı. Bu, eyni zamanda, ailə daxilində ər-arvada digər ailə üzvlərinə düşən günlük iş tutumu artırdı. Yeni əmək güclərinə təlabat yarandı və bu “qaçılmaz” hal aldı. Müharibə bu təlabatları ödədi və bunlara səbəb oldu: müharibə əsirləri qul halına gətirildi, birinci icitmai əmək bölgüsü, əmək fəaliyyəti dolayı olaraq sərvətlərin artması əkin sahələrinin genişlənməsinə, o dövrə müvafiq tarixi şəraitdə labüd olaraq quldarlıq quruluşunu gətirdi.
Birinci ictimai əmək bölgüsü nəticəsində cəmiyyət iki sinifə — qullar və quldarla, istismar edən və istismar olunan şəkilində ilk böyük bölünüşü doğuldu ( F.Engels “Ailənin şəxsi mülkiyyətin və dövlətin əsası” )

Quldarlıq quruluşundan sonra sadəcə şəxsi mülkiyyət əl dəyişdirməsi nəticəsində feodalizm yarandı və eyni proseslər (müharibə, aclıq) cərayan etdi, xüsusilə indiki kapitalist cəmiyyətdə üz qızardan bu nöqsan ən yüksək zirvəyə çatdı.
Bütün gunahları şəxsi mülkiyyətin səbəbləndirmək, insanlığın günahkar olmadığı demək deyil. Şəxsi mülkiyyətə aid edilən ittihamlar birbaşa insana aid edilir. Şəxsi mülkiyyət insanlıq tarixinin son 6000 ildə yaranmışdır. Bundan öncə dünya kiçik döyüşlər istisna olmaqla müharibə, aclıq, təbiətin çirklənməsinə, qətliyamlara şahid olmamışdı. Şəxsi mülkiyyətə olan hərislik hissini insanların ruhundan təmizləmək ən çətin problemdir və həll olacağına ancaq ümid etmək olar.


Tarix: 09.12.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Fəlsəfə
loading...