Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəQloballaşmaMüasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir.

Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual eli­taya güclü təsir göstərmişdir. Həmin terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi məqaləsini böyük və çox millətli korporasiyaların isteh­sal etdiyi ayrı– ayrı məhsulların bazarlarının bir– birilə qo­vuş­ması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayıl­ması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə Ardı »

FəlsəfəÖlüm nədir?

Tanatologiya və ya ölüm fəlsəfəsi.

Ölüm problemini fəlsəfi problem adlandırmaq olarmı? Bəli, olar. Məsələ burasındadır ki, Platon, Siseron, M.Monten və bəzi filosoflar fəlsəfəni ölüm haqqında düşüncə adlandırmışlar. Şübhə ola bilməz ki, ölüm problemi və ya ölüm sirri fəlsəfi tədqiqatların ilk və əsas stimullarından biri olmuşdur. Fəlsəfə bütün dövrlərdə ölüm məsələsini həll etməyə cəhd göstərmişdir. Platonun bütün fəlsəfi sistemi sanki ölüm məsələsini həll etmək üçün yaranmışdır. Platon özünün "Fedon" dialoqunda Sokratın dili ilə demişdir ki, fəlsəfə ölüm haqqında düşüncələrdən başqa bir şey deyildir. Daha sadə ifadə etsək fəlsəfə insanın ölümünə məhkum və ya ölümsüz olması haqqındakı düşüncələri deməkdir. Platon dəfələrlə təkrar edir ki, Ardı »

Fəlsəfə17-ci əsr Avropa fəlsəfəsində rasionalizm

Yeni dövr fəlsəfəsinin rasionalizmi Benedikt Spinoza və Qotfrid Leybnitsin adı ilə bağlıdır.Onlar Avropa fəlsəfəsinin zənginləşməsi və inkişafına əhəmiyyətli dərəcədə kömək etmişlər.

Hollandiya filosofu B.Spinoza (1632-1677) fəlsəfi görüşlərinə aşağıdakı əsərlərində şərh vermişdir: "Allah və insan haqqında,insanın xöşbəxtliyi haqqında" (1658-1660), "İlahiyyatçı siyasi əsər"(1670), "Etika"(1675).Spinozanın fəlsəfi sisteminin əsasını vahid substansiya haqqında təlim təşkil edir.O,göstərirdi ki,Allahdan başqa heç bir substansiya mövcud deyildir.Onun fikrincə bu substansiyanın ayrılmaz xassəsi təfəkkür və ya təbiətdir.Bununla o,Dekartın dualizminin ziddiyətini aradan qaldırmışdır.Spinozanın fəlsəfəsində Allah və substansiya bir anlayışda birləşirlər.Allah təbiət üzərində dayanmamışdır.O,təbiətdən kənarda olan bir yaradıcı kimi mövcud deyildir.Allah birbaşa təbiətin özündə mövcuddur.Beləliklə,Spinoza xüsusi (şəxsi) Allahı inkar edir və onu dünyanın universal Ardı »

FəlsəfəKantın fəlsəfəsi və estetikası

Kant şüurun iki işi haqqında

Könisberqli filosofun estetikadan geniş danışdığı əsər «Hökm yürütmək bacarığının tənqidi» adlanır (yunanca bizim «tənqid» kimi çevirdiyimiz «kritika» ilk öncə incələmək, təhlil etmək anlamını verir).

Ancaq qabaqca bir az Kantın fəlsəfəsindən danışmaq gərəkdir, çünki onun estetikası onun fəlsəfəsindən məntiqi bir «ritmlə», «addımlarla» çıxıb açılır.
Kant bilincin, düşünmək işinin iki yönünü açıb-göstərir. Birincisi, duyduqlarımızı (eşitdiklərimizi, gördüklərimizi, toxunduqlarımızı) anlamağa çalışırıq və ya duyuyabilinər nəsnələri anlamaq istəyirik. Kant, beləcə, duyuyabilinər nəsnələr dünyasına «bizim təcrübəmiz» deyir. Onun üçün belə də söyləmək olar: bilmək-anlamaq işinin bir yönümü odur ki, şüurumuz təcrübəmizi düşünməklə məşğul olur.
Sonra Kant «Təmiz zəkanın tənqidi» əsərində göstərir ki, bilincimizin ikinci bir Ardı »

FəlsəfəMüasir qlobal problemlər sistemində ekoloji problemlərin yeri və rolu

Son 20-30 ildə bir tərəfdən, elmi– texniki inqilab şəraitində cəmiyyətlə təbiət arasında zidiyyətlərin sonuncu nöqtəyə çatması– bu isə ekoloji problemlərin mahiyyətini təşkil edir– digər tərəfdən, ekoloji situasiyadan, daha doğrusu ekoloji böhrandan təkcə dövlət və partiyalar deyil, həmçinin geniş xalq kütlələri narahat olmağa və həyəcan təbili çalmağa başlamışdır. Deməli, qlobal problemlərin, xüsusilə ekoloji problemlərin yaranması səbəbləri və həll edilməsi yollarının araşdırılması öz– özlüyündən olduqca zəruridir.
Ekoloji poblemlər qlobal problemlər sistemində sülh və mü­haribə problemlərindən sonra birinci sırada durur. Mühüm qlobal problemlərdən biri kimi, ekoloji problemlər, hər şeydən əvvəl, bütöv bəşəriyyətin mənafeyini ifadə edir. İkincisi, ekoloji problemlər özünü sivilizasiyanın inkişafının obyektiv amili kimi göstərir; Ardı »

Fəlsəfəİctimai inkişafın bəzi konsepsiyaları

Etiraf etmək lazımdır ki, təkcə yüz il qabaq deyil, indinin özün­də belə bəşəriyyətin bərqərar olması və inkişafı haqqında vahid fikir yaranmamışdır. Buna təəccüb etmək lazım deyildir. Çünki bə­şər cəmiyyəti insan əqli tərəfindən dərk və izah edilməyən xeyli sirrə malikdir. Alimlərin fikrincə, bunun da başlıca səbəbi insan cəmiyyəti ilə məşğul olan elmlər– sosiologiya, siyasi iqtisad, tarix, demoq­rafiya hələ çox təzədirlər, inandırıcı dəlil və nəticə üçün kifayət qədər material toplamamışlar.
İctimai inkişafın qanunauyğunluqları və yaxud paradoksları haqqında mövcud olan tarix konsepsiyalarını şərti olaraq üç qrupa bölmək olar (burada ilahiyyatçı doktrinalar nəzərə alınmır).
Birinci qrupa içtimai inkişafda bu və ya digər dərəcədə universal qanunauyğunluqların Ardı »

FəlsəfəEtikanin əsas kateqoriyaları

Hər hansı bir təlimin (estetik, siyasi, dini və s.) öz əsas ideyalarını ifadə etməsi üçün müəyyən anlayışlar aparatı, özünəməxsus «dili» olur. «Kateqoriya» adlandırılan ən ümumi anlayışlar gerçəkliyin mənəvi mənimsənilməsində mühüm rol oynayır. Latınca «mühakimə», «tərif» mənasını verən «kateqoriya» bütün elmlərin anlayışlar sistemini təşkil edir. Hər bir elm öz obyektini öyrənmək və məzmununu şərh etmək üçün xüsusi sözlərdən istifadə edir: riyaziyyat – mənfi və müsbət, fizika – elektron, kimya – molekul və s. Əxlaqın müxtəlif tərəflərini və funksiyalarını ifadə edən etik kateqoriyalar xaraktercə struktur və substansional olur. Struktur kateqoriryalar əxlaqı onun komponentlərini təşkil edən daxili əlaqə baxımından, substansional kateqoriyalar isə əxlaqı cəmiyyət Ardı »

Fəlsəfəİnsanın mənşəyi haqqında antik ideyalar

Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir elm necə inkişaf edirsə– etsin, insan, onun mənşəyi və mahiyyəti məsələlərində hələ də sirli cəhətlər çoxdur. Əslində təkzibedilməz fakt və arqumentlərlə bəşəriyyətin təşəkkülünün tarixdən əvvəlki dövrünü izah etməyə qadir olan elə bir nəzəriyyə hələ də yaranmamışdır. İnsan Ardı »