Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məkan və zaman – materiyanın bir forması

Dünyada mövcud olan bütün predmet və hadisələrə müəyyən tərəflərdən ölçü anlayışını tətbiq etmək mümkündür. Cisimlərin malik olduğu xassə və münasibətlər məkan kateqoriyasının məzmununu təşkil edir. Obyekt və proseslərin sürəkliyi və onlar arasında «gec», «tez» qəbildən olan münasibətlər zaman kateqoriyasının mahiyyətini təşkil edir. Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır.
Məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna məlik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir.
Zaman – cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir.
Məkan və zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan – zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluluğunun vəhdətindən, məcmusundan yaranır. Zaman qayıtmazdır. Zamanın bir ölçüsü vardır: - keçmışdən gələcəyə doğru istiqamət.
Məkanı maddi predmetlərdən asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış subsansional konsepsiya adlanır. Bu konsepsiya sistematik olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona görə, məkan – zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir. Bu konsepsiyanın əksinə olaraq Liybenits məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq, müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı xüsusi tip münasibətlərdə görür. Bu konsepsiya öz başlanğıcını Aristotelin məkan və zaman təlimindən götürür.
məkan və zamanMəkan və zaman varlığın xalis xarici xarakteristikalarıdır. Məkan və zaman kateqoriyaları vasitəsi ilə dünya insan təfəkküründə birbaşa, vasitəsiz surətdə əks olunur. İnsanın gündəlik həyatında, ictimai ptaktikası və nəzəri fəaliyyətində dünya özünü ilk növbədə hər şeydən əvvəl öz məkan və zaman xarakteristikaları vasıtəsi ilə təzahür etdirir. Məkan və zaman kateqoriyalarının varlğın zahiri xarakteristikaları olması o deməkdir ki, bu kateqoriyaların məzmunu materiyanın strükturluğuna və keyfiyyət fərqlərinə münasibətdə tam neytraldır. Bu kateqoriyalarda idrakın dünyaya nüfuz etməsinin elə səviyyəsi əks olunur ki, həmin səviyyədə predmet və hadisələr arasındakı yalnız kəmiyyət fərqləri və münasibətləri təzahür edir, yəni varlıq özünü kəmiyyət baxımından diferensasiya edərək fərdiləşdirid. Məkan və zaman materiyanın müxtəlif strüktur təşkili səviyyələrinə münasibətdə neytral qalmalıdır. Nisbilik nəzəriyyəsinə görə predmetlərin hərəkət istiqamətindəki ölçüsü və hadisələrin baş vermə müddəti onların yerləşdiyi hesablama sisteminin nisbi hərəkət sürətindən asılıdır.


Tarix: 09.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Fəlsəfə
loading...