Siviliasiya – müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünya çəkanında sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə deyilir. Hər hansı sivilizasiya: sosiallıq və mənəvilik ənənələrnin tipoloji cəhətdən fərqlənməsinə; dünyanın coğrafi məkanında nisbətən qapalı və məhdudluğuna; ənənələrin öz daşıyıcıları olan etnoslarda üzə çıxan və geopolitik süjetlərdən təşkil olunmuş ölçüyə malikdir.
Siviliasiya anlayışı Şpenqler tərəfindən elmə daxil edilmişdir. Bu anlayış isə:
Bəşəriyyatın inkişafında müəyyən tarixi pilləni ifadə edir;
Butün mədəniyyətlərin bütövlüyünün xarakteristikasıvə ümumbəşəri vəhdəti kimi istifadə olunur;
Siviliasiya «maddi mədəniyyət» anlayışının sinonimi kimi işlədilir;
Tarixi prosesin vəhdəti xarakteristikası kimi nəzərdən keçirilir.
XVIII əsrin ortalarında sivilizasiya anlayışından insanların «təbii vəziyyəti» anlayışının əksi kimi istifadə olunmuş, sivilizasiyanın tərəqqisi kimi təsbit olunmuşdu.
Siviliasiya ayrı-ayrı fərdlər və sosial qrupların, cəmiyyətin, iqtisadi, sosial-siyasi, mənəvi sistemlərindəki fəaliyyət və münasibətlərini tənzim edən normalar sistemində sosial həyatın təkrar istehsalı üsuludur.
Siviliasiyalar, hər şeydən əvvəl - texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial proseslərin sürəti, mənbələri, üzvilik mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşü xüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə; informasiyaların kodlaşdırılması, saxlanılması və ötürülməsinə görə fərqlənirlər.
Beləliklə, siviliasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır.
Siviliasiya anlayışına bioloji təşkildən yüksəkdə duran, onun üzərində qurulqn sosiumun konkret tarixi, sosial-coğrafi, etnik və digər əlamətlərlə fərqlənən, inkişaf edən cəmiyyətlərin müxtəlifliklərində yaratdıqları nə varsa hamısı daxildir.
Siviliasiyaların məhvinin səbəbi ondadır ki, siviliasiya insan fəaliyyəti prosesinin bütün məcmu nəticələrini, mədəniyyəti və mədəniyyətsizliyi, sərvətləri və ona əks olanları, məsrəfləri və nailiyyətləri özündə birləşdirir.
dünya sivilizasiyaları (civilization-sivilizasiya)
Sivilizasiyanın tipləri
Sivilizasiyaların tipologiyası problemi xalqların mədəni cəhətdən özünü təyin
etməsi, onlarıntarixi taleyi və müxtəlif ölkələrin gələcək inkişaf modellərini seçməsi ilə əlaqədardır. Sivilizasiyalar arsındakı mühüm suayrıcı Avropa və qeyri Avropa tipli sivilizasiyalarını bir-birindən fərqləndirməkdən ibarətdir.
Bu fərqlər o qədər kəskindir ki, uzun müddət Avropa sivilizasiyasının malik olduğu sərvətlər (dəyərlər) ali, yüksək sərvətlər səviyyəsi hesab olunmuş, digər xalqların hökmən həmin səviyyəyə qalxması fikri formalaşmışdır.
Qeyri Avropa sivilizasiyaları xeyli qruplardan ibarətdir. A.Toynbinin təsnifatında onların sayının 21 olduğunu göstərir. Onların çoxusu təkrarolunmaz və özünəməxsusdurlar. Bununla yanaşı ümumi tipoloji əlamətlərə malikdirlər. Bunlar Avropa sivilizasiyasından çox əvvəl meydana gələn ənənəvi sivilizasiyalardır.
Ənənəvi sivilizasiyaların xarakterik əlamətləri mütləqiyyət hakimiyyəti, təbəələrin hüquqsuzluğu, şəxsiyətin fərqlənə bilməməsi, icma strükturun olması və s.
Avropa sivilizasiyası sosial və mədəni inkişafın xüsusi tipi olmaqla XV-XVII əsrlərdə formalaşmışdır. Onun sələfləri Antik dövrün mədəniyyəti və Avropa xristian ənənələri olmuşdur. O, hüquqi dövlətin bərqərar olmasına, şəxsiyyəti öz təşəbbüsü, dinamizm və müstəqilliyi ilə birlikdə ali sərvət kimi ictimai həyatın mərkəzinə irəli sürülməsinə əsaslanırdı.
Texnogen sivilizasiyaların xüsusiyyətlərindən biri insanlar arasında intensiv ünsiyyət və təsirli komunikasiya vasitələrinin formalaşmasıdır.
İngilis tarixçisi A.Toynbinin təsnifatına görə hazırda qərbi xristianlıq, pravoslav xristianlığı, İslam, indu, Uzaq Şərq sivilizasiyaları mövcuddurlar.
Texniki – iqtisadi səviyyəyə görə birinci, ikinci və üçüncü dünya ölkələri seçilib ayrılırlar: Birinci Dünya (ABŞ, Kanada, Qərbi Avropa, Yaponiya, Cənubi Koreya) dünyada elmi-texniki cəhətdən ən inkişaf etmiş ölkələrdir və müasir texniki yüksəlişin ekoloji və digər qlobal problemləri ilə qarşı-qarşıya dayanmışlar. İkinci Dünya ölkələrinə Şərqi Avropa, Rusiya, MDB-nin Avropa ölkələri, Baltik ölkələri, Latın Amerikası daxildir. Onlar texniki inkişaf etmiş ölkələrdən geri qalırlar və həmin geriliyi aradan qaldırmağa cəhd göstərirlər. Üçüncü Dünya Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri daxildirlər.
Məhsuldar qüvvələrin inkişaf səviyyəsinin durumuna əsasən ictimai inkişafın dövrlərini xarakterizə edən aşağıdakı sivilizasiyaları seçib ayırırlar:
Tarix: 09.12.2014 / 13:36 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Fəlsəfə