Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QloballaşmaMüasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir.

Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual eli­taya güclü təsir göstərmişdir. Həmin terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi məqaləsini böyük və çox millətli korporasiyaların isteh­sal etdiyi ayrı– ayrı məhsulların bazarlarının bir– birilə qo­vuş­ması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayıl­ması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə çalı­ş­mışdır. M.Uters qloballaşmanı sosial proses kimi müəyyən­ləş­dir­miş­dir. Həmin sosial prosesin gedişində sosial və mədəni sistemlərin coğrafi sərhədləri silinir və əhali getdikcə daha çox bu fərqlərin aradan götürüldüyünü dərk edir. Eyni zamanda qloballaşma dedikdə planetin bütün ölkələrinə qərb inkişaf modelinin yayılması başa düşülür ki, bu da faktiki olaraq bir polyuslu (universal və ideal) dünya qaydasının nəzəri cəhətdən əsaslandırılmasına xidmət edir.
Qərb modeli nümunəvi model kimi etiraf edilir. Daha dəqiq desək, hər bir digər inkişaf modellərindən fərqli olaraq yeganə mü­tərəqqi və yaradıcı model hesab olunur. Həqiqətən də digər sivil­izasiyaların 6– 8 min illik tarixindən fərqli olaraq müasir sivili­za­siyanın olduqca az zaman kəsiyində böyük tərəqqiyə nail olduğu göz qabağındadır. Ona görə də qloballaşmanın amerikanlaşma ilə eyni olduğu yaxud da onun bəşəriyyət tarixində keyfiyyətcə yeni bir proses olduğunu dəqiqləşdirmək olduqca vacibdir. Ümumiyyətlə, qloballaşma proseslərinin qarşılıqlı asılılıq və qarşılıqlı şərtlənməyə tabe olduğunu da qeyd etmək lazımdır. Lakin burada da bir sıra suallar meydana çıxır. Qloballaşma prosesi mərkəzi Afrika və cə­nubi Amerika tayfalarını da əhatə edirmi? Yəni qloballaşma prosesi yayılma baxımından məhdud hüdudlara malikdirmi? Əlbəttə, qloballaşma prosesi ümumbəşəri prosesdir və gec– tez bütün ölkələri və xalqları əhatə edəcəkdir.
XX əsrin sonunda qloballaşmanın o qədər də geniş ərazidə yayılmaması haqqında V.Ştolun fikirləri ilə razılaşmaq lazımdır. O yazırdı ki, faktiki olaraq real dünya iqtisadiyyatı XX əsrin 30– cu illərində olduğu səviyyədən o qədər də irəli getməmişdir. Bəşə­riy­yətin mühüm hissəsi (50 faizdən çoxu), mütəxəssislərin hesab­lan­masına görə qloballaşmadan kənarda qalmışdır.
Qlobalizm nədir? sualına tədqiqatçılar belə cavab verir: Qlo­balizm dünya bazarının siyasi fəaliyyəti sıxışdırması və yaxud də­yişdirməsi deməkdir. Bu dünya bazarının ağalığı ideologiyasıdır. O monokauzal olaraq fəaliyyət göstərir, sırf iqtisadi prinsipə sadiq qalır, çoxölçülü qloballaşmanı bir ölçüyə– təsərrüfat ölçüsünə mün­cər edir. Eyni zamanda qloballaşmanın digər aspektlərinin ekoloji, mədəni, siyasi, ictimai– sivilizasiyalı və s.– ni müzakirə edir və çox vaxt onları dünya bazarının başçılıq etdiyi ölçüyə tabe edir. Bu za­man qloballaşmanın mərkəzi rolunu, o cümlədən, təsərrüfat fəaliy­yətinin aktlarının qavrayışı və seçimi prinsipini inkar etmək və ya azaltmaq lazım deyildir. Qlobalizmin ideoloji nüvəsi siyasətlə iqtisadiyyatın arasındakı fərqlərin aradan götürülməsidir. Siyasətin başlıca vəzifəsi hüquqi, sosial və ekoloji hüdud şəraitini müəy­yən­ləşdirmək sayəsində ümumiyyətlə təsərrüfat həyatının mümkün və qanuni olmasını həll etməkdir. Qlobalizm mürəkkəb qurum olan dövləti, mədəniyyəti xarici siyasəti– sadə müəssisə kimə idarə et­məyə imkan verir.
Qara proteksionistlər dəyərlərin tənəzzülünün, milli başlan­ğıcın zəifləməsinin dərdini çəkir, lakin öz– özünə zidd olaraq, milli dövlətlərin neoliberal dağıdılmasında iştirak edir.
Yaşıl proteksionistlər milli dövlətdə dünya bazarının müdaxi­ləsi nəticəsində ekoloji standartları mühafizə edən milli dövlətdə ölməkdə olan siyasi biotopları görür, ona görə də milli dövlətin özünün müdafiəyə ehtiyacı olduğunu hiss edir.
Qırmızı proteksionistlər. Hər ehtimala qarşı öz paltarlarından sinfi mübarizinin tozlarını təmizləyir. Onlara görə qloballaşma ancaq öz fikirlərinin «doğruluğunu» sübut etmək üçün lazımdır. Sevinclə marksizmin intibahı bayramını qeyd etsələr də bu yalnız utopik, kor həqiqətlərdən başqa bir şey deyildir.
Qloballıq dedikdə bizim çoxdan dünya cəmiyyətində yaşa­mağımız başa düşülür. Yəni qapalı məkanlar fiksiyadan başqa heç nədir. Heç bir ölkə, yaxud ölkələr qrupu bir– birindən ayrılıqda mövcud ola bilməz. İqtisadi, mədəni, siyasi cəhətdən qarşılıqlı təsirə malik olan ölkələr bir– birilə mütləq əlaqədə olmalıdır. Bunun da sayəsində bir sıra qərb modelləri yenidən haqq qazanmağa başlayır. «Dünya cəmiyyəti» sosial münasibətlərin ümumiliyi ucbatından milli dövlət– siyasətinə inteqrasiya oluna bilmir.
«Dünya» «dünya cəmiyyəti» söz birləşməsində «müxtəliflik», «rəngarənglik» kimi başa düşülürsə, «cəmiyyət» isə inteqrasiyasızlıq kimi anlaşılır. Deməli, dünya cəmiyyəti vəhdətsiz müxtəliflik, rəngarənglik kimi başa dü­şül­­məlidir. Qloballaşma isə elə prosesləri irəli sürür ki, milli dövlətlər və onla­rın suverenliyi, transmilli aktların toruna çulğalaşır və onların hökm vermək imkanlarına oriyentasiya və identikliyi ilə razılaşmalı olur. Artıq ya­ran­­mış qloballığı aradan qaldırmaq qeyri– mümkündür. Bu onu sübut edir ki, bir– birilə yanaşı mədəni, ekoloji, iqtisadi, siyasi ictimai– vətəndaş qloballaşması baş verir. Onların hər birinin öz məntiqi vardır. Qloballığı aradan qal­dırmağın qeyri– mümükünlüyünü səkkiz səbəblə izah edən tədqiqatçılar da vardır:
1) Beynəlxalq ticarət sahəsində kontraktların və coğrafiyanın geniş­lənməsi, maliyyə bazarlarının çulğalaşması transmilli şirkət­lərin qüdrətinin getdikcə artması;
2) İnformasiya və komunikasiya– texnoloji inqilabın davam etməsi;
3) insan hüququnun qorunması tələbinin birgə irəli sürülməsi, daha dəqiq desək (sözdə) demokratiya prinsipi;
4) Dünyanı əhatə edən mədəniyyət industriyasının təsirinin yayıl­ması­nın genişlənməsi;
5) Postinternasional, polisentrik dünya siyasəti– hökumətlərlə yanaşı qüdrət və kəmiyyətcə daim artan transmilli aktlar, (şirkətlər, qeyri– hökumət təşkilatları, Birləşmiş Millətlər Təşkilatı);
6) Qlobal yoxsulluq və dilənçilik məsələləri
7) Ətraf mühitin qlobal dağıdılması problemləri;
8) Yerlərdə transmədəni münaqişələr problemləri .

Çox ölçülü dünya faktiki olaraq özlüyündə məkan– zaman kontinu­umu­nu göstərir. Məkan lokal, regional, qlobal, mədəni, iqti­sadi, siyasi və s. ola bilər. Özü də hər bir məkanda onun öz qa­nun­ları işləyir. Zaman isə so­sial, texnoloji, mifoloji, fiziki və s. ola bilər. Şüur fiziki zamanda inkişaf edir. İn­sa­nın inkişafı arxaik və infantil şüurdan, təbiətə inteqrasiyadan inkişaf etmiş transendent şüura qə­dər tərəqqi mərhələlərini keçir. Burada isə zaman an­la­yışı yox olur. Zaman koordinatları nöqtələrə çevrilir. Kontiniumun bu nöq­tə­lərində keçmiş və gələcək görünür. Şüurun inkişafı vektor xa­rak­terinə ma­likdir və geriyə dönməzdir. Ona görə də canlı orqa­niz­min za­man etibarilə tərsinə hərəkəti qeyri– mümkündür. Təsadüfi deyil­dir ki, canlı orqanizm üçün keçmişə səyahət ağlabatan deyildir. Dünya çox ölçülü olduğundan onun öl­çü­ləri fiziki koordinatlarla de­yil, həm də mədəni– sosial və mənəvi ölçülərlə mü­əyyən edilir. Elə buna görə də dünyanın inteqral inkişafı bir çox hallarda məkan vektoru ilə qiymətləndirilməlidir. İnkişafın kriteriyası bütün məkan­la­rın qarşılıqlı təsirini kollektiv şüurun diferensasiya dərəcəsini nəzərə alan dünyanın inteqral mürəkkəblikləri kimi göstəricilər ola bilər. Bu göstəricilər dün­yanın həmin mürəkkəbliklərini fərqlən­dir­mək qabiliyyətinə malik olma­lıdır.
Belə bir şəraitdə sosiologiya mühüm rol oynamağa başlayır. Müasir dünyada insan həyatının təhlükəyə düşməsi ən böyük tədqi­q­at obyektinə çevrilir. Qloballıq elə bir vəziyyəti əks etdirir ki, bu gündən sonra planetdə baş verəcək nə varsa onu lokal sahəyə məhdudlaşdırılmış hadisələr sırasında daxil etmək olmaz. Yəni bütün ixtira və kəşflər qələbə və katastroflar bütün dünyaya aiddir. Deməli, bütün proseslər «lokal– qlobal» xətti üzrə getməlidir. Bu şəkildə başa düşülən qloballıq diqqəti doğrudan– doğruya cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi qloballıq anlayışından fərqli olaraq qlobal­laşma dialektik proses olub, transmilli sosial əlaqələr və məkan yaradır, lokal mədəniyyətləri dəyərsizləşdirir, yeni mədəniy­yətlərin yaranmasına imkan verir. Bu cür münasibətlərin mürəkkəb sistemində qloballaşmanın miqyası və sərhədləri haqqında məsələni qoymaq mümkündür. Hər şeydən əvvəl üç parametri nəzərə almaq lazımdır– birincisi, məkanda genişlənmə; ikincisi, zamanda sabitlik; üçüncüsü, transmilli əlaqə, münasibət və televiziya şəbəkələrinin sıxlığı; bu cür anlayış kontekstində digər bir məsələni də qoymaq olar. Hazırkı qloballaşmanın tarixi xüsusiyyətlərinin və onun paradokslarının mahiyyətini öyrənmək olduqca vacibdir. Müstəm­ləkəçilik dövründən inkişaf edən «dünya kapitalizm sistemindən» müasir qloballaşmanın fərqli və eyni cəhətlərinin təhlili də bura daxildir. Qlobal­laşmaya skeptik yanaşanlar adətən onda heç bir yeniliyin olmadığını qeyd edirlər. Lakin onlar nə tarixi, nə empirik, nə də nəzəri münasibətdə haqlı deyildirlər. Çünki müasir qlobal­laşmanı nə imperializm, nə də dünya kapi­talizm sistemi ilə müqayisə etmək olmaz. Çünki qloballaşmada o qədər yeni cəhətlər vardır ki, bu spesifik cəhətlər onlarda qətiyyən olmamışdır.
Qloballaşma ümumdünya dövlətinin olmamasını irəli sürür (hazırda qloballaşma dedikdə çox vaxt amerikanlaşma deyirlər ki, bu da qətiyyən düzgün deyldir). Dünya cəmiyyəti vardır– lakin bu cəmiyyət ümumdünya dövləti və ümumdünya hökumətini ağlına belə gətirə bilmir. Söhbət qlobal dezorqanizə edilmiş kapitalizmin ge­nişlənməsi haqqında gedir. Bir sözlə, qloballaşma XX əsrin so­nun­dan başlayaraq insan fəaliyyəti nəticəsində aradan qaldırılması müm­kün olmayan bir prosesdir. Ümumiyyətlə, qabaqcıl dünya alim­ləri və tədqiqatçılarının əsərlərində qloballaşmanın başlanması müxtəlif tarixi rəqəmlərlə göstərilir. Onların bəzilərini nəzərdən keçirək.
Qloballaşmanın başlanmasına göstərən müəllif, tarix və mövzular :

Müəllif
Başlanma tarixi
Mövzu
Marks

XV əsr
Müasir kapitalizm

Ullerstayn

XV əsr
Kapitalist dünya sistemi

Robertson

1870– 1920

Çoxvəznlilik

Giddens

XVIII əsr

Modernizasiya

Perlmutter

Şərq və Qərb ara­sın­da münaqişənin sonu

Qlobal sivilizasiya

1. Qlobal miqyasda özünü göstərən iqtisadiyyat– milli iqtisa­diyyatların və milli dövlətin əsaslarını darmadağın edir.
2. Əmək tarixin ehtiyat yoluna keçirilir.
3. Bu eyni zamanda K.Marksın «dövlət adlandırdığı ideal məcmuu kapitalizm»lə müqaviləni pozur.
4. Vergilər azaldıqca, işsizlik artır
5. Transmilli iqtisadiyyat
6. Ekoloji, həmkarlar, sosial– dövləti, vergi nizamlanması ləğv edilir.
7. Transmilli müəssisələr müasir milli dövlət qurumlarının maddi– hə­ya­t arteriyasına daxil olmaqla (bu isə inqilabsız, qanun­verici bazanın, kons­­titusiyanı dəyişdirmədən baş verir), ancaq adi inkişaf fəallığı sayəsində baş verir.
Birincisi, müəssisə iş yerlərini işçi qüvvəsinin ucuz, verginin aşağı olduğu yerlərə keçirə bilir.
İkincisi, onlar (planetin hər bir nöqtəsində informasiya– tex­niki yaxın­lıq və qanunçuluq əsasında) əmək bölgüsü sayəsində məh­sul istehsalını mər­kəz­ləşdirə və dünyanın müxtəlif yerlərində xidmət göstərə bilər. Firmaların milli mənsubiyyəti ancaq çaşqınlıq yarada bilər. Üçüncüsü onlar milli dövlətləri toqquşdurmaq və bununla da əlverişli infrastruktur və aşağı vergi olan yerlər axtarışı üçün qlobal alver imkanı əldə edə bilər. Onlar eyni zamanda həddən artıq «ba­ha», hesab etdikləri və «invenstisiya qoyuluşuna düşmən münasibəti bəsləyən» milli dövlətləri «cəzalandıra» bilərlər.
Dördüncüsü, özlərinin nəzarəti altında olan qlobal istehsalı əngin­liklərində müstəqil olaraq istehsal üçün, vergi ödənilməsi üçün və yaşamaq üçün invenstisiyalar qoyulası yerləri müəyyənləşdirir. Lazım olduqda isə onları qarşı– qarşıya qoyur. Nəticədə biznes kapitanları ən yaxşı yerlərdə yaşayır ən aşağı vergi qoyulan yerlərdə isə vergi ödəyir.
Müasir qloballaşma prosesinə kiçik ölkə olmasına baxma­ya­raq Azər­bay­canın da öz töhfəsi olmuşdur. Azərbaycan dünya miq­yasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən, ehti­yatlarından və potens­ia­lından istifadə edərək, Şərq ilə Qərb ara­sın­da zəngin tarixi keçmişdən baş­lanan və gələcəyə istiqamətlənən kör­pü rolunu səmərəli surətdə həyata keçirir. Böyük ipək yolunun bər­pası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılması və Xə­zər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya ba­zar­larına nəqli üçün çox böyük səylər göstərilir. Dünyanın bir çox regionunun dövlətlərinin azad və mükəmməl inkişafı üçün bu lay­i­hə­­lərin həlledici əhəmiyyəti var, bunlar fövqəlmilli əməkdaşlığa t­ə­kan verəcək və qlobal şəraitin inkişafına müəyyən təsir göstərə­cəkdir.
Müasir bəşəriyyət sözün həqiqi mənasında dəyişmişdir. O həm sayca ar­tmış, həm də fərdlərin sadəcə məcmuu olmaq məh­dudiyyətindən xilas ol­muşdur. İndi istehsal texnologiyası ilə ida­rəçilik texnologiyası vəhdətdə fəa­liy­yət göstərirlər. Bütün bu deyi­lən­lər isə qloballaşma prosesinin tərkib his­s­əsi kimi özünü biruzə verir. Lakin qloballaşmanın mənfi aspektləri də üzə çıx­mağa başlayır. Hər şeydən əvvəl, qlobal cinayətkarlığın təsirinin artması göz­lənilir ikincisi, dövlət idarəçiliyi sistemində korrupsiyanın daha da güc­lən­məsi və üçüncüsü, milli suverenliyin itirilməsi prosesi daha da genişlənə bilər.

Davamlı inkişaf konsepsiyası, yeni sosial- iqtisadi paradiqmadır
«Davamlı inkişaf» termini ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya (Bruntland komissiyası) tərəfindən 1987– ci ildən işlədilməyə başlanmışdır. Davamlı inkişaf hazırki dövrdə bütün tələbatları ödəməklə yanaşı gələcək nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini də təhlükə altında qoymur.
BMT– nin Rio– 92 konfransında qəbul edilmiş və Davamlı İnkişaf üzrə öz milli strategiyasını hazırlamaq üçün «XXI əsrin gündəliyi» adlanan bu sənəd XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən Davamlı İnkişaf konsepsiyasını hazırlamaq üçün ümumi fəaliy­yət proqramıdır.
Davamlı inkişaf bir– birilə sıx bağlı olan iki mühüm anlayışı özünə daxil edir.
1) Tələbat anlayışını, o cümlədən əsas tələbat anlayışı (bu isə əhalinin yoxsul təbəqəsinin mövcudluğu üçün olduqca zəruridir).
2) Məhdudlaşdırma anlayışı (bu texnologiyanın vəziyyəti və cəmiyyətin təşkili ilə şərtlənir) eyni zamanda ətraf mühitin indiki və gələcək nəsillərinin tələbatını ödəyə bilmək qabiliyyəti ilə əlaqələndirilir. Davamlı inkişafın əsas vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur.
Qeyd etmək lazımdır ki, davamlı inkişaf bütün insanların bərabər səviyyədə ən zəruri tələbatlarının ödənilməsini tələb edir.
Davamlı inkişaf konsepsiyası beş əsas prinsipə əsaslanır.
1. Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzunmüddət mövcud olmaq xarakteri verə bilər. Bununla da o hazırda mövcud olan nəslin tələbat­larına cavab verər və eyni zamanda gələcək nəsillərin öz tələbatlarını ödəmək imkanları qorunub saxlanıla bilər.
2. Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterlidir. Onlar texnika və sosial təşkilin müasir səviyyəsi ilə, eyni zamanda biosferin insan fəaliyyətinin nəticələrini aradan qaldırmaq qabiliyyəti ilə əlaqədardır.
3. Bütün insanların adi tələbatlarını ödəmək və hamının gələcək yaxşı həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olmalıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri– müm­kün­dür. Ekoloji və digər katastrofların yaranmasının başlıca səbəblərindən bi­ri– dünyada adi hadisəyə çevrilmiş səfillikdir.
4. Böyük vasitələrə (kapital və maddi) malik olanların həyat tərzini pla­­netin ekoloji imkanları ilə, xüsusilə enerji istehlakı ilə uzlaşdırmaq lazımdır.
5. Əhali artımının sayı və tempi Yerin qlobal ekosisteminin dəyişmə­yə meylli istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik xarakteri xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, davamlı inkişaf konsepsiyasına mövcud olan yanaşmanın tarixi Roma klubunun yaranması döv­rün­dən (1968) başlanır.
Roma klubunun işlərində «dinamik artım» konsepsiyası «üzvi artım» konsepsiyası və «dinamik tarazlıq» konsepsiyaları mühüm yer tutmuşdur. Bu istiqamətdə daha böyük səs– küy «Artım həddi» əsəri qlobal ekoloji problemlərə diqqəti artırmaqla yaratmışdır. Nə klassik iqtisad elmində, nə də marksist iqtisadiyyatda iqtisadi inkişafda ekoloji məhdudlaşdırılma məsələlərinə diqqət yetirilməmişdir. XX əsrin 70– ci illərindən başlayaraq ekoloji problemlər kəskin sürətdə gərginləşdi. Nəticədə ona diqqət artmağa başladı.
Mahiyyətcə davamlı inkişaf konsepsiyası mövcud prob­lem­lə­rə key­fiy­yətcə yeni yanaşmadır. R.Kostansa və K.Folke üç bir–bir­i­lə iyerarxik qar­şılıqlı əlaqədə olan problemi ayırır ki, onların həlli də davamlı inkişafla əlaqədardır.
1) iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sis­temi­nə müvafiq olmalıdır.
2) resursların və imkanların təkcə adamların indiki nəsli üçün deyil, həmçinin indiki və gələcək nəsillər arasında, həmçinin insanla digər bioloji növlər arasında ədalətli bölgüsü (distribution) aparılmalıdır.
3) Təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv bölgüsü (allocation) keçirilməlidir.
Bəziləri problemin siyasi həllini, digəri isə iqtisadi həllini ef­fek­tli he­sab edirlər. Əslində isə davamlı inkişaf konsepsiyası üç əsas baxışın bir­ləş­mə­si nəticəsində yaranmışdır. Bunlar iqtisadi, sosial və ekoloji baxışlardır. Bu­na müvafiq olaraq davamlı inkişafın üç əsas məqsədi haqqında danı­şır­lar: ekoloji tamlıq, ekoeffektlilik və eko­ədalətlilik.
Davamlı inkişaf konsepsiyası üzərində işin başa çatdığını qeyd etmək hələ tezdir. Hələ bu günə qədər davamlı inkişaf konsepsiyasının hamı tərə­fin­dən qəbul edilmiş bitkin tipləri hələ də yoxdur. Xüsusilə davamlı inkişaf konsepsiyasının praktiki tətbiqinin mürək­kəbliyi xüsusi qeyd edilir. Artıq dün­yanın əksər ölkələrinin davamlı inkişaf proqramları olsa da bu sahədə işlər davam etdirilməkdədir.

Sinergetika
Sinergetika (yunanca-synpergetikos birgə razılaşdırılmış fəaliyyət göstərən) XX əsrin 70-ci illərində elmi tədqiqatların fənnlərarası istiqamətidir. Bu istiqamətin əsas vəzifəsi müxtəlif təbiətli: fiziki, bioloji, texniki, iqtisadi, sosial və s. sistemlərdə özünütəşkil proses­ləri əsasında duran ümumi qanunauyğunluqların və prinsiplərin dərk edilməsidir. Sinergetikada özünü təşkil altında tarazlıqdan uzaq vəziyyətdə olan mürəkkəb qeyri-xətti dinamik sistemlərdə mak­roskopik qaydaya salınmış zaman-məkan strukturlarının yaranması prosesidir. Bu proses bir daha sübut edir ki, xüsusi böhran nöqtələrinin (necə deyərlər bifurkasiya nöqtəsi) civarında sistemin davranışı qeyri-sabit olur. Axırıncı onu göstərir ki, bu nöqtələrdə sistem ən əhəmiyyətsiz təsirlərin altında, yaxud da fluktasiya (qərarsızlıq, dəyişkən) sayəsində öz vəziyyətini köklü surətdə, keyfiyyətcə dəyişə bilər. Bu keçid çox vaxt xaosdan nizamın yaradılması kimi səciyyələndirilir. Sinergetika müxtəlif nizamların (qaydaların) qeyri sabit iyerarxiyasını-onların ardıcıllığı ilə nəzərdən keçirir. Bu konteksdə sinergetika qeyri-sabitlik (qeyri-dayanıqlıq, qeyri-davamlılıq da demək olar), nizam parametrləri və tabeçilik prinsipi kimi anla­yış­ların köməyi ilə daha geniş sistem siniflərini onların təkamülünün xaosdan nizama və əksinə ssenarilərini əhatə edir. Bu zaman sinergetikada xaos anlayışının XX əsrin 60-cı illərindəki kəşflərlə şərtlənən əvvəlki fərqlərin konstruktiv surətdə dəyişdirilməsi baş vermişdir. XX əsrin 60-cı illərində baş verən kəşflər determinə edilmiş (yaxud dinamik) xaos müxtəlif səviyyəyə keçidin özünə də özünütəşkil prosesi kimi baxılmasını tələb edir. Hal-hazırda sinergetika öz əsas ideya və prinsiplərinin formalaşması dövrünü yaşayır. Lakin indinin özündə də məlum olur ki, sinergetika özünün keyfiyyətcə yeni dünya mənzərəsini irəli sürür. Bu təkcə klassik elmin əsasında duran dünya mənzərəsilə müqayisə olunmur, həm də XX əsrin I yarısında qeyri-klassik təbiətşünaslığın kvant-relyativist mənzərəsi kimi qəbul edi­lən mənzərəsi ilə də müqayisə oluna bilər. Bu mənada sinergetika gös­təricisi qeyri-klassikdir və fənnlərarası elmi istiqamət olmaqla metodoloji reduksionizm göstərişlərindən imtina edir. Bu­nunla bə­ra­bər sinergetika daxilən plüralistikdir, hətta onun nəzərdə tutduğu inteqral dünya obrazı kimi plüralistikdir. Sinergetika çox­saylı və müx­təlif yanaşma və formulirovkanı da özünə daxil edir. Onlardan biri də İ.Priqojinin adı ilə bağlıdır. Priqojinin yanaşması dissapativ struktur nəzəriyyəsi kimi məşhurdur. Digər yanaşma isə alman fiziki Q.Xakenin adı ilə bağlıdır və əslində «Sinergetika» sözünü də ilk dəfə Xaken təklif etmişdir. Priqojinin formuli­rov­ka­sın­da siner­geti­kanın yaranması XX əsrin 2-ci yarısında elmi baxışda olan dəyişik­liklərlə əlaqələndirilmişdir. Elmə, elmi rassionallığa yeni baxış «za­manın dirçəlişi»ni tələb edir müasir təbiətşünaslıqda və «insanın tə­biətlə yeni dialoqu»nda özünü daha aydın şəkildə göstərir.


Tarix: 09.12.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 228 Bölmə: Fəlsəfə
loading...