Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Konstantin

I Konstantin (Böyük Konstantin), Flavi Valeri Avreli (təqr. 272, Naissus – 337, Ankiron) — Roma imperatoru (306-337). 325 ildən təkbaşına hökmdarlıq etmişdi. Dövlət aparatını mərkəzləşdirmək siyasəti yeridir, vaxtı keçmiş quldarlıq münasibətlərini və xristian kilsəsini müdafiə edirdi. Konstantinin dövründə paytaxt Romadan Konstantinopola köçürülmüşdü (330 il).Mündəricat
1 Həyatı
1.1 Sezardan Avqusta keçid, Tetrarxiyanın süqutu
1.2 Xristiyanlıq və I Konstantin
2 Nəsil ağacı
3 Konstantinlər zaman xətti
4 Mənbələr


Həyatı

Böyük Konstantin Roma imperiyasında ilk xristiyan imperator olmuşdur. Onun sayəsində xristiyanlıq leqallaşaraq təqiblərdən azad olunaraq, geniş yayılmağa başlamış və Avropada nüfuzlu hakim dinə çevrilmişdir.

Konstantin 280-ci ildə keçmiş Yuqaslaviya ərazisində, Naissus (indiki Niş) şəhərində anadan olmuşdur. Onun atası Roma sərkərdələrindən biri olmuşdur. Konstantinin gəncliyi Nikomedidə imperator Diokletianın sarayında keçmişdir. 305 ci ildə Diokletian imperatorluqdan kənarlaşdırıldıqdan sonra Konstantinin atası I Konstansi Qərbi Roma imperatoru olur. Bir il sonra onun vəfatından sonra ordu Konstantini imperator elan edir. 307ci ildə birinci arvadı oğlu Kripsin anası Minervini boşayaraq Diokletianın qızı Faustaya evlənməklə Avqust tituluna çatmış olur. Fustadan onun üç oğlu II Konstantin, II Konstasi və Konstans dünyaya gəlir. Lakin digər sərkərdələrin onun vərəsəliyinə qarşı çixması bir neçə vətəndaş müharibələrinə səbəb olur. 312 ci ildə Konstantinin Romadan bir qədər aralı Milvian körpüsü döyüşündə Maksensiyanı məğlub etməsi bu çəkişmələrə son qoymuş olur. Bu andan Konstantin Qərbi Roma İmperiyasının mütləq hakiminə cevrilir. Romada ucaldılmış Konstantin Zəfər Tağı məhz bu qələbəyə görə onun şərəfinə ucaldılmışdir. Bu dövrdə Şərqi Roma İmperiyası sərkərdə Lisiniy tərəfindən idarə edilirdi. 337 ci ildə Konstantin Lisiniy üzərinə hücuma keçərək onu məğlub edir və bütöv Roma İmperiyasının imperatoru olur.

Sezardan Avqusta keçid, Tetrarxiyanın süqutu

305 ci ildə 20 illik müddət bitdikdən sonra "Avqustlar": Dioklesian və Maksimian istehfa verdikdən sonra onların yerini "Sezarlar": Qaleriy və Konstansi Xlor tutmuş olurlar. Onlarda öz növbəsində yeni "sezarlar"ı (Maksimian və Flavi Valeriya Sever) seçərək ikinci tetrarxiyanı yaratmış olurlar. Lakin onun ömrü çox sürmür. 306 cı ildə Konstansi väfat etdikdən sonra Qaleriy Severi eyni zamanda Konstansiya öz oğlu I. Konstantini "Avqust" təyin edilir. Maksemianın oğlu Maksensiy buna etiraz olaraq Sever üzərində qələbə çaldıqdan sonra onu taxtan imtina etməyə məcbur edir. 307 ci ildə Severi oldürmək əmrini verir. Beləliklə "Avqust " tituluna dörd (Qaleriy, Konstantin, Maksimian və Maksensiy), "Sezar" tituluna isə bir (Maksimin) namizəd olmuş olur. 308 ci ildə Dunay üzərindəki Karnuntumda çağrılmış toplantıda qərbdə senat Lisiniy "Avqust", Konstantin "Sezar" , şərqdə isə Qaleriy "Avqust", Maksimin "Sezar" elan edilir. Nəticə etibarilə Maksimian imperatorluqdan kənarlaşdırılır və Maksensiy uzurpator (qanunsuz hakim) elan edilir. Bu qərara məhəl qoymayaraq Maksensiy Italya və Afrika üzərindəki faktiki hakimiyyətini saxlayır. Bundan başqa 305 ci ildən hər ikisi "Sezar" olan nə Konstantin nə də Maksimin Lisiniyin "Avqust" olmasını qəbul edə bilmirdilər. Beləliklə onların da 309 cu ildə "Avqust" elan edilməsi, dörd müstəqil bir-birinə düşmən imperator hakimiyyətinə gətirib çıxarır. 309 – 313 cü illərdə iddialı imperatorlar daxili çəkişmələrin qurbanlarına çevrilirlər. 310 cu ildə Konstantin Maksimianı boğduraraq öldürtdürür, Qaleriy öz əcəli ilə 311 ci ildə vəfat edir. 312 ci ildə Milviy körpüsü üzərində döyüşdə Maksensiyni məğlub edir. Məğlubiyyətə dözməyən Maksensiy 313 cü ildə Tarsda özünə qəsd edərək olür. 313 cü ildə Qərbdə Konstantin, şərqdə isə Lisiniy imperator olması ilə tetrarxiya süqut etmiş olur. 324 cü ildə Konstantin Lisiniyə qalib gələrək özünü tək "Avqust" elan edir.

Xristiyanlıq və I Konstantin

Onun xristiyanlığa loyallığı Maksensiya ilə döyüşdən qabaq guya ona göydə yanan xaç və "Qələbə" yazısı agah olması ilə əlaqələndirilir. Bundan sonra o xristiyan kilsələrinə köməyini əsigəməmişdir. Onun əsas qərarlarından biri Milan edikti xristiyan dininin təqiblərdən azad olunaraq rəsmiləşməsinə səbəb olmuşdur. Ediktə görə təqiblər zamanı müsadirə olunmuş mulklərin kilsələrə qaytarılması və bazar gününün kilsə günü kimi bayram edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Milan edikti uzun illər Avropada qäddarcasına həyata keçirilmiş yəhudi təqiblərinin başlanğıcı demək idi.

Konstantin xristiyanlığı tam rəsmi dövlət dini kimi təsdiqləməsə də lakin onun siyasi qərar və sərəncamları bu dinin imkişaf etməsinə və geniş yayılmasına səbəb olmuşdur. Onun hakimiyyəti dövründə xristiyanlığı qəbul edənlərin xüsusən məmurların qarşısında geniş perspektivlər açılır, kilsələrin xüsusi imtiyaz və səlahiyyətləri artırılırdı. Məhz onun dövrünə Beytləhmdə Milad kilsəsi və Qüdsdəki Məzarüstü Kilsə (İsa) inşa edilmişdir. Konstantin qədim Bizans şəhərini genişləndirib, onu öz şərəfinə Konstaninopol adlandıraraq bütün imperiyanın paytaxtına cevirmişdir. Bu şəhər indiki İstanbul hal-hazırda dünyanın ən böyük və məşhur şəhərlərindən sayılir.

Konstantin kilsədaxili mübahisə və Ariya-Afanasiy çəkişmələrini aradan qaldırmaq üçün aktiv fəallıq göstərmişdir. Bunun üçün o 325ci ildə Nikeyedə kilsə şurasını çağıraraq ortodoks xristiyan doktirinasının əsasını qoymuş olur. Onun tətbiq etdiyi bir çox mülki qanunlar heç də az əhəmiyyətə mali deyildir. Onun mülki məcəlləsinə əsasən bir çox sənətlər (qəssab, çörək bişirən) irsilik xarakteri almış olurdu. Təhkimçilik hüququnu gücləndirərək icarədar kəndlinin sahibkarını tərk etmək hüququndan məhrum etmişdir.

Konstantin ömrünün sonuna dək xaç suyuna salınmamışdır. Eyni zamanda Konstantin zamanəsinin qəddar və amansız tiranı olmuşdur. 326 cı ildə naməlum səbəbdən həyat yoldaşı Faustu və böyük oğlu Krispi öldürtmüşdür. Güman edilir ki, öz doğma oğlanları üçün xələflilik üçün maneə ola biləcəyindən ehtiyatlanan Fausta ögey oğlu – Konstantinin böyük oğlu Krispin guya onu zorlamağa cəhd etdiyini elan edərək ona şər atır. Bir iki senatı bunu təsdiqləmək üçün satın alaraq ata Konstantinin öz oğlunu edam etdirməsinə nail olur. Çox güman ki, Konstantin arvadının bu yalanının ustu açıldıqdan sonra onun hamama salıb istidə boğub öldürmək göstərişini vermişdir.

Nəsil ağacı Feodora I Konstansi Xlor
250-305-306 Əzizə Yelena
250-330



Yuliu Konstasi
337 Lisini
250-308-324-325 Konstansiya
293-330 Fausta
289-326 I Konstantin
272-313-337 Minervina



Mürtəd Yulian
331-360-363 Yelena
360 II Konstantin
316-337-340 II Konstansi
317-337-361 Konstant
320-337-350 Krisp
326



İovian
331-363-364 Konstansiya
361-383 Qrasian
359-367-383


Tarix: 05.03.2013 / 13:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 635 Bölmə: Dunya ve tarixi
loading...