Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kösəm sultan

Kösəm sultan (1590-2 sentyabr 1651[1]) Validə Sultan

Sultan I Əhmədin xanımı, Sultan IV Murad və Sultan I İbrahimin annalarıdır. Osmanlı tarixinin ünlü və təsirli qadınlarından olan Kösəm Sultan, 1590-cı ildə Bosniyada Anastasya adıyla doğuldu. Bosniya Bəylərbəyi tərəfindən İstanbula qızlarağasına göndərildi 15 yaşındaykən Sultan I Əhmədə xasəki oldu. Keskin zəkasıyla padişahı təsiri altına aldı və bütün saraya nüfuzunu qəbul etdirdi.Mündəricat
1 Həyatı
2 İlk görüşdəcə vuruldu
3 Osmanın planları böyük idi
4 Köşəm muradına çatır
5 IV Murad anasını neytrallaşdırır
6 Köşəm siyasətə qayıdır
7 Dövləti yenidən dirçəldən oğlunu öldürtdürür
8 Kösəm bu dəfə nəvələrini hədəfə götürür
9 İstinadlar
10 Həmçinin bax
11 Xarici keçidlər


Həyatı

Osmanlının zəifləməsinin və çökməsinin günahkarları axtarılan zaman birmənalı olaraq padşah arvadlarını göstərmişlər. Hürrəm Sultan ilə başlayan bu acı dönəm bir başqa sultanla imperatorluğa nəzarəti əlinə alan və hakimiyyət şərbətini içmək istəyən Köşəm Sultanla ən yüksək zirvəsinə çatmışdı. İndi oxuyacağınız ağlasığmaz və bir o qədər də ibrətverici bir hadisədir.

Osmanlı padşahı III Mehmet 1603-cü il, dekabr ayının 21-də vəfat edəndə özündən sonra geriyə iki şahzadə buraxmışdı: Əhməd və Mustafa. Hər iki qardaş sarayda böyümüşdü. Amma kiçik qardaş ağıldan zəif idi. Ona görə də taxta 15 yaşında olan Əhməd çıxdı. Onun taxta çıxması üçün Qanuni Sultan Süleyman tərəfindən qəbul edilən qərarla taxt-tac uğrunda qan tökülməməsi və dövlətin gələcəyi naminə kiçik qardaş ortadan qaldırılmalı idi. Amma Əhmədin öz qardaşını öldürtməyə əli gəlmədi və onun əmri ilə Mustafanı hərəmxanadakı dar bir otağa atdılar. Bu otaqda yemək verilən bircə deşik vardı. Mustafa 14 il bu divarlar arasında yaşadı...

İlk görüşdəcə vuruldu

Osmanlı taxtına çıxan Əhmədin bir zəif yeri vardı: bu da gözəlliyə həddindən artıq vurğun olması idi. Padşahla eyni yaşda olan və 1590-cı ildə Bosniyada xristian ailəsində anadan olan Anastasiya Bosniya bəylərbəyi tərəfindən İstanbuldakı saraya hədiyyə edilmişdi. Sarayda müsəlmanlığı qəbul edən bu qadına Köşəm, yəni öndə gedən adı vermişdilər. O sonralar qeyri-insani hərəkətləri ilə, həqiqətən də, bu adı doğrultdu. Əhməd onu görən kimi vuruldu və tam yetkinlik yaşına çatmadan Mahipeykər adını verdiyi bu qadınla evləndi. Köşəm padşahın əmri ilə "Haseki", yəni baş hərəm elan edildi. Bununla da Köşəm imperatorluğu idarə etmək üçün imkan əldə etdi. Padşah ölənə kimi Köşəmin bir sözü iki edilmədi. Ömründə görmədiyi günlərini görən Köşəm bütün bunlardan məst olmuşdu. O, Əhməd üçün Ayişə, Fatima, Murad, İbrahim və Süleyman adlı şahzadələri doğdu. Sultan 27 yaşında ikən vəfat etdi. Lakin vəfat etməzdən əvvəl o, Köşəmin xahişi ilə Qanuni Sultan Süleymanın taxt-taca varisliklə bağlı qoyduğu qanunu dəyişdirdi. "Əkbəriyyət" adı verilən bu qanuna əsasən, sultan vəfat edəndə onun yerinə oğlu deyil, Osmanoğullarından ən böyüyü keçirdi. Əslində bununla Köşəm sarayda iqtidarı əlində saxlamaq istəyirdi. Belə ki, padşah öləndə onun 7 oğlu qalmışdı, qanunla onun yerinə bu oğullardan ən böyüyü, anası Mahfiruzə Haseku olan gənc Osman keçməli idi. Bu isə Köşəmin sarayda ağalığının sonu demək idi. Onun üçün ağıldan zəif olan Mustafanın taxta çıxması daha məqsədəuyğun idi. Mustafa Köşəmin təsiri altında olan Ocaq ağalarının (Yeniçərilərdə ən yüksək rütbə) dəstəyini alaraq taxta çıxdı. Amma o taxtı idarə edəcək qabiliyyətə malik deyildi və ona görə də 96 gün taxtda qaldıqdan sonra Darüs-Saadə ağası Hacı Mustafa sədarət qaymaqamı Sofu Mehmet Paşa və Åžeyxülislam Hocazadə Əsad Əfəndiinin təşəbbüsü ilə taxtdan salındı, onun yerinə ikinci Osman taxta çıxarıldı. Bu, Köşəmin sarayı idarə etməsinə vurulan ağır zərbə idi. Köşəm isə bununla barışmaq fikrində deyildi...

Osmanın planları böyük idi

14 yaşında ikən taxta çıxan Osmanın yaşına uyğun olmayan planları var idi. O, dövlətin idarə olunması yolunda artıq maneəyə çevrilən Yeniçəri ocağını ləğv etməyi, türkmənlər, ərəblər və kürdlərdən ibarət yeni bir ordu qurmaq və onlarla Avropaya yürüşə çıxaraq, Fatehin həyata keçirə bilmədiyi arzusunu reallaşdırmaq, qızıl alma kimi tanınan Romanı ələ almaq arzusunda idi. Eyni zamanda ölkənin paytaxtını Anadoluya köçürmək, hərəmxananı ləğv etmək, taxt-tac varislərinin yalnız türk qızları ilə evlənməsi barədə tədbirlər həyata keçirmək niyyətində idi. Amma Mustafanın anası Handan sultan tərəfindən qızışdırılan yeniçərilər Osmana qarşı üsyan qaldıraraq onu taxtdan saldılar. O vaxt hələ 18 yaşında olan Osman: "Niyyətim səltənətə və dövlətə xidmət etməkdi. Amma nə yazıq ki, qısqanc və pisniyyətlilər əleyhimə çıxdılar", – demişdi. Osman heç layiq olmadığı bir şəkildə Yeniçərilər tərəfindən qətlə yetirildi. Bu olayların da arxasında o vaxt Osman tərəfindən Ədirnəyə sürgünə göndərilən Köşəmin əli olduğu şübhə doğurmur. Bəzi qaynaqların yazdığına görə, məhz Osmanın taxtdan salınması və qətlə yetirilməsi barədə Yeniçərilərə göstəriş də məhz Köşəm tərəfindən verilmişdi.

Köşəm muradına çatır

Yeniçərilər tərəfindən ikinci dəfə taxta çıxarılan I Mustafa 1 il 23 gün ölkəni idarə edə bildi. 1623-cü il, sentyabr ayının10-da bazar günü Əli Paşanın başçılığı ilə I Mustafa taxtdan salındı və onun yerinə Köşəmin oğlu IV Murad çıxarıldı. Bununla da Köşəm çoxdan həsrətində olduğu arzusuna, ölkəni idarə edən padşah anası olmaq istəyinə çatdı. Çünki Murad taxta çıxanda 11 yaşında idi və o, yetkinlik yaşına çatana kimi ölkəni idarə etmək vəzifəsini Köşəm həyata keçirəcəkdi. IV Murad taxta çıxandan sonra Köşəm düz 8 il 8 ay ölkəni idarə etdi. Onunla bərabər, ölkənin idarə edilməsində Topal Rəcəb Paşanın rəhbərlik etdiyi Yeniçəri ağaları da iştirak etdilər.

IV Murad anasını neytrallaşdırır

Ölkənin Köşəm və Yeniçərilər tərəfindən idarə edilməsi dövründə Osmanlı xeyli zəifləmişdi. Ordu siyasi olaylara qarışır və özünü olduqca xoşagəlməz aparırdı. IV Murad arabir buna dözməyərək etiraz etsə də, hər dəfə də anasının müqaviməti ilə üzləşirdi. Amma IV Murad artıq Osmanlının çökdüyünü görərək, bütün bunlara qəti şəkildə son qoymaq qərarına gəldi. 1632-ci il fevral ayının 10-da özünə sadiq qüvvələrlə üsyan qaldıran IV Murad ölkənin uçuruma sürüklənməsinin əsas günahkarı olan Rəcəb Paşanı edam etdirdi. O, anasını da ölkənin idarəçiliyindən uzaqlaşdırdı və ona dövləti işlərə qarışmağı birdəfəlik qadağan etdi. Bundan sonra Osmanlı yavaş-yavaş özünə gəlməyə başladı. Ordunu yenidən quran və onun rəhbərliyinə inanılmış adamlarını qoyan IV Murad Bağdad səfərinə çıxaraq oranı və Mosulu ələ keçirdi. Beləliklə də, Osmanlı yenidən dirçəlməyə başladı.

Köşəm siyasətə qayıdır

1640-cı il, fevral ayının 8-dən 9-na keçən gecə Osmanlının ən qüdrətli padşahlarından biri olmağı bacaran IV Murad 28 yaşında ikən vəfat etdi. Onun ölümünə bircə adamdan başqa, hamı yas saxladı. Yas saxlamayan və oğlunun vəfat etməsinə sevinən yeganə adam anası Köşəm idi. Çünki IV Muradın ölməsi ilə onun yerinə azyaşlı digər oğlu İbrahim taxta çıxırdı. İbrahim 8 il yarım ölkədə padşahlıq etdi, bu müddətdə isə Osmanlını yenə də Köşəm idarə etdi. O istədiyi kimi ölkədə at oynatdı və Osmanlını yenidən çökdürməyə başladı. Bunu anlayan İbrahim də böyük qardaşı IV Murad kimi anasını saraydan uzaqlaşdırmaq qərarına gəldi. Lakin o bunu həyata keçirə bilmədi və anasının əli ilə ölümə göndərildi.

İqtidarda qalmaq və ölkəni idarə etmək ehtirası ilə oğlunu aradan qaldıran Köşəm 1648-ci il, avqust ayının 8-də İbrahimin yerinə taxta 7 yaşlı IV Mehmetin çıxmasına nail oldu.



Dövləti yenidən dirçəldən oğlunu öldürtdürür

Köşəm hələ o vaxt oğlu İbrahimin də Murad kimi onu saraydan uzaqlaşdıra biləcəyindən ehtiyat edirdi. Ona görə də oğlunun dəli olduğu barədə sarayda şayiələr yaymışdı. Halbuki İbrahim olduqca qeyrətli, ağıllı və ölkəsini sevən bir Osmanlı padşahı idi. O, anasının dövlətin idarə olunması üzərində təsirini aradan qaldırmağa nail olmuş və ölkənin idarə edilməsini tamamən əlinə almışdı. İbrahim Osmanlı ordusunu hərəkətə gətirərək Krımdakı Azak qalasını düşmənlərdən azad etmiş, Almaniya və Avstriyaya səfərlərə çıxmışdı. Hətta onun dövründə Osmanlı akınçıları Bavariyaya hücum edərək, oranı vahiməyə salmışdılar. O dövrdə Müqəddəs Jean cəngavərləri (şovalyelər) Osmanlının ticarət gəmilərinə hücumlar edərək, onun başına dərd olmuşdular. Bu nu görən Sultan İbrahim şovalyelərin əsas sığınacaq yeri olan Krit adasının ələ keçirilməsi barədə əmr verdi. İlk hücumla Kritdəki Hanya limanı ələ keçirildi. Bu limanın tutulması Avropanı şoka salmışdı. Təcili şəkildə almanlar və italyanlar Kritdə mühasirəyə alınan şovalyelərin yardımına gəldilər. Bu arada isə Osmanlı əsgərləri Krit adasındakı Resmo qalasını da ələ keçirdilər. Adada müharibənin qızğın çağında Köşəm yenidən sarayda yeganə söz sahibi olmaq üçün oğlunu taxtdan salmaq barədə plan hazırladı. O, əlaltılarının yardımı ilə saray daxilində dövlət çevrilişi həyata keçirtdi. İbrahimi həbs edərək qapısı və divarları hörülmüş bir otağa saldılar. Məşhur səyyah Övliya Çələbinin yazdığına görə, Sultan İbrahimi son dəfə görən baş cəllad Qara Əli oldu. Köşəmin göstərişi ilə cəllad Sultan İbrahimi boğaraq öldürdü.

Kösəm bu dəfə nəvələrini hədəfə götürür

İqtidarda qalmaq və ölkəni idarə etmək ehtirası ilə oğlunu aradan qaldıran Köşəm 1648-ci il, avqust ayının 8-də İbrahimin yerinə taxta 7 yaşlı IV Mehmetin çıxmasına nail oldu. O, bununla da özünü ən xoşbəxt adamlardan biri kimi hiss etməyə başladı. Çünki Köşəm 7 yaşlı IV Mehmetın yerinə yenidən səltənəti idarə edəcəkdi. Lakin bu dəfə qarşısında yeni bir maneə, IV Mehmetin anası Xədicə Turhanı gördü. O, Köşəmin oğluna təsir göstərməməsinə çalışır və lazımi qərarların qəbul edilməsi barədə oğluna tövsiyələr verirdi. Bu da Köşəmin səltənəti idarə etməsinə imkan verməyərək onun canını sıxırdı. Buna dözməyən Köşəm bu dəfə nəvəsini aradan qaldırmaq və bu yolla yenidən səltənəti idarə etmək fikrinə düşdü. Nəvəsini aradan qaldırdıqdan sonra onun yerinə qətlə yetirtdiyi İbrahimin Saliha Dilaşübdan olan 9 yaşlı oğlu şahzadə Süleymanı (II Süleyman) taxta çıxaracaq və yenə də ölkədə hakimi-mütləq olacaqdı. Osmanlı taxtının sonuna çıxmağa çalışan bu qadın nəvəsi IV Mehmeti qətlə yetirmək üçün yeni plan da hazırladı. Bu plana əsasən, IV Mehmet sünnət zamanı qanaxmadan ölməli idi. Belə olsa, onda heç kim ortada sui-qəsdin olacağını ağlına belə gətirməyəcəkdi. Köşəm planını həyata keçirməyi saray cərrahbaşına tapşırdı. Vicdanını bir qadının taxt-tac hərisliyinə qurban verən cərrahbaşı IV Mehmetin sünnət mərasimi zamanı onun ölümünə yol açacaq cərrahiyyə əməliyyatı həyata keçirdi. Nəticədə, sultan sünnət edildikdən sonra qanaxmaya məruz qaldı və çoxlu qan itirdi. Amma digər saray həkimlərinin səyləri nəticəsində çox çətinliklə də olsa qanaxmanı dayandırmaq və beləliklə, sultanın həyatını xilas etmək mümkün oldu. Nəvəsini qətlə yetirmək planının baş tutmadığını görərək hirsindən partlamaq dərəcəsinə gələn Köşəm bu dəfə sultan IV Mehmeti zəhərlədərək öldürmək qərarına gəldi. Əgər bu plan da baş tutmasa, onda nəzarət altında olan və bir sözünü iki etməyən Ocaq ağaları vasitəsilə sarayda üsyan qaldırdacaq və Sultan IV Mehmeti qətlə yetirdəcəkdi. Amma hər şeyin bir sonu olmalı idi və Köşəm uzun müddət cəzasız qala blməzdi. Onsuz da o, kifayət qədər qan tökdürmüş və Osmanlı kimi qüdrətli bir dövləti çökdürməyə nail olmuşdu. Köşəmin Sultan IV Mehmeti qətlə yetirtmək planından təsadüfən xəbər tutan və vaxtilə onun zülmünə məruz qalmış qadınlardan biri dərhal bu barədə Xədicə Turhana xəbər verdi. Xədicə Turhan onsuz da sünnət mərasimi zamanı baş verənlərə görə Köşəmdən şübhələnmişdi. O, Köşəmin çirkin xislətinə bələd idi və bu qadının Osmanlını əlaltından fəlakətə sürüklədiyini aydın hiss edirdi. Ancaq səsini çıxara bilmirdi. Çünki Köşəmin əlinin altında sarayda hər şeyi həll edən bir qüvvə – Yeniçərilərin Ocaq ağaları vardı. Amma bu dəfə Xədicə Turhan padşah anası idi və onun sözünü iki etmək sultana qarşı çıxmaq anlamına gəlirdi. Xədicə Turhan sarayda Ocaq ağalarından və Köşəmdən narazı olan adamları bir yerə yığaraq onlara bu mənfur qadının sultanı qətlə yetirtmək planı barədə məlumat verdi. Sonra isə məsələ ilə bağlı qəti qərar qəbul etdiyini, bu qadının artıq yaşamağa haqqı olmadığını, etdiyi cinayətlərə görə cəzasının verilməsinin vaxtı çatdığını söylədi. Yaxın adamlarından Baş-Lələ Uzun Süleyman ağaya üzünü tutaraq: "Köşəmi daha sağ görmək istəmirəm", – dedi. Köşəmin öldürülməsi planını gecikdirmək olmazdı. Çünki o özünə qarşı hazırlanan plandan xəbər tuta və Yeniçəriləri hərəkətə gətirərək sarayda daha dəhşətli bir qətliam törədə bilərdi. Ona görə də Köşəmin aradan qaldırılması planı dərhal həyata keçirilməyə başladı. 1651-ci il, sentyabr ayının 3-də Baş-Lələ Uzun Süleyman Sultan IV Mehmetə sadiq əsgərlərlə otağında oturaraq, səltənətin idarəçiliyini yenidən ələ keçirmək üçün daha məkrli planlar qurmaqla məşğul olan Köşəmin üzərinə qəfil hücum təşkil etdi. Köşəmin qaldığı otaq içəridən bağlı idi. Amma əsgərlər otağın qapılarını qıraraq içəri daxil oldular. Köşəm nə baş verdiyini anlayanda artıq gec idi. Əsgərlər onu oğlu Sultan İbrahimi qətlə yetirtdiyi üsulla – əllərinə keçən pərdənin ipi ilə boğub öldürdülər ki, saraya qan tökülməsin. Beləliklə, Osmanlı sarayına Bosniyadan qan və ölüm gətirən, zahirən İslamı qəbul edən, daxilən isə imperatorluğun düşməni olan və səltənəti idarə etmək naminə doğma övladlarını və nəvəsini belə, qətlə yetirtməkdən çəkinməyən intriqaçı qadının həyatına son qoyuldu.

Sarayda Köşəmin əmrlərini yerinə yetirən və onun cinayətlərinin birbaşa iştirakçısı olan adamlar da cəzasız qalmadılar

Sarayı qan yuvasına döndərən 38 Ocaq ağası da edam edildi. Sultan IV Mehmet atasının qətlində iştirak edən 70 nəfəri də tutduraraq edam etdirdi. Bundan sonra Sultan IV Mehmetin əmri ilə taxta çıxan azyaşlı sultanın anasının və ya nənəsinin himayəsində olması qadağan edildi və bu işin padşaha sadiq adamlardan birinə tapşırılması qərara alındı. Beləliklə, Osmanlının idarə edilməsindən qadınlar uzaqlaşdırıldılar. Eyni zamanda sarayın idarəçiliyindən Yeniçərilər də uzaqlaşdırıldılar və onların yerinə dövlətə sadiq Köprülü ailəsi kimi sədr-əzəmlər gətirildi. Bununla da Osmanlı sarayı qanlı intriqalardan yaxa qurtararaq bir müddət rahat nəfəs ala bildi.


Tarix: 03.03.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 890 Bölmə: Dunya ve tarixi
loading...