Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cuçi xan

Cuçi xan (1185- 1227) -Əfsanəvi Çingiz xanın böyük oğlu.

Həyatı

Qazaxıstanda rəvayətə görə Cuçi xanın qəbri olduğu bidirilən məqbərə.1982-ci ildən dövlət tərəfindən qorunur.

Bəzi qaynaqlarda Cuçi xan olaraq keçsə də ,Çingiz xandan öncə öldüyü üçün xanədan (sülalə) qardaşları və oğulları ilə davam etmişdir.Özü xanlıq etməmişdir. Bəzi qaynaqlarda Cuçinin Çingiz xanın oğlu olmadığı da söylənilir. Temuçin (Çingiz xan) hələ bütün monqol boylarını bir bayraq altında toplamazdan öncə, atası Yesügey bahadırdan qisas almaq istəyən merkitlər Çingiz xanın arvadı Börtə ucini qaçırırlar. Daha sonra Temuçin Börtə ucini qan qardaşı (andası) Camuqanın yardımıyla qurtarsa da, Börtə ucin elə bir zamanda Cuçini doğur ki, bu uşağın Temuçinə yoxsa onu əsir edən merkitliyə aid olduğunu kimsə bilmir.Bu üzdən adı monqolca qonaq mənası verən Cuçi qoyulur. Bütün bunlara rəğmən diğər qardaşları ilə onun arasında əsla fərq olmamışdır Temuçin tərəfındən. Cuçinin Çingiz xanın oğlu olub olmadığı hələ də araşdırıcılar arasında mübahisəlidir. Cuçi 1227-ci ildə qərb səmtinə etdiyi səfərlər sırasında, əsir aldığı bir qadın tərəfındən zəhərlənmişdir.


Tarix: 03.03.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Dunya ve tarixi
loading...