ləli-şəkərxəndə üzrə nəticələr (10):
Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
***
Qoca ols.. Ardın oxu »
Gəl mənim canımı al bircə günahım varsa,
Qeyri bir şuxi-sitəmkarə nigahım varsa.
Sənsən, ey gül, məni hərçənd ki qovğayə salan,
Xar olum səndən uzaq özgə pənahım varsa.
Açılan hər səhərim sənlə açılsın, daim,
Olmasın sənsiz əgər bircə sabahım varsa.
Hər təbəssüm ki, gər ol ləli-şəkərxəndə edər,
Özünə yüz dili-şeydanı o dəm bəndə edər.
Toxuna zülfünə nagah nəsimi-səhəri,
Ənbərəfşan qılır, əqli pərakəndə edər.
Pərtövi-bərq ilə pəjmürdəvü suzan kəs tək
.. Ardın oxu »
Götür zülfi-çəlipanı üzari-hür tələtdən,
Məhü mehr aşkar olsun səhabi-jənki qəflətdən.
Bu təsnim dəhanından mühəyyər, çeşməyi-heyvan
Ki, hərkiz eyləməz bavər çıxa zülmati-heyrətdən.
Xəta qıldım dedim üzdə nədən xali-siyahın yox,
Ki, bilməzdim rəcim ol.. Ardın oxu »
Sərkəştə könlümün yenə min müddəası var,
Qovğalı başımın nə bəlalı bəlası var.
Bir dəm şikəstə könlüm açılmaz, səbəb nədir?
Gəl gör, zəmanənin yenə bir macərası var.
Namehribanı gör, kedib əğyar ilən gəzər,
Yarəb, kimin bu tərzlə bir bivəfası var?
Ardın oxu »
Ey qəmərsima məni zülfün çalıb əqrəb kimi,
Aləmə rovşəndi bu zəxmi-dilim kovkəb kimi.
Görsə gər zahid bu zülfün, kafəri-məhz olmasa
Boynuma zünnar sallam İsəviməzhəb kimi.
Hər nəhusət rəf olur zülf içrə görcək arizin,
Sədi-Əkbər hərkiz olmaz bu qəmər-.. Ardın oxu »
Tərləmiş arizinə çəkdi əlin ol gülru,
Gör nə ustaddır, ey dil, çıxarır oddan su,
Qanə döndü meyi-gülfam görüb ləli-ləbin,
Xum ayağına həsəddən yıxılıb sındı səbu.
Xal düşmüş üzünə, mərdümi-çeşminə baxır,
Şəh hüzurunda durub sanki qulami-hindu.
<.. Ardın oxu »
Risvayi-dəhr edən məni zülfi-siyahdır,
Şahid bu əmrə eylədigim nalə, ahdır.
Qəmzən veribdü qətlimə fərman, nədir səbəb?
Etmə həlak bigünəhi çox günahdır.
Ləli-ləbin əqiqi-Yəmən, zülf yasəmən,
Dövri-ruxində xalü xətin gül-giyahdır.
Çahi-z.. Ardın oxu »
Laləyə göstər üzün gülşəndə həmralənməsin,
Nitqə gəl bülbül çəməndə bir də şeydalənməsin.
Dur gözüm qurbanı, səhni-gülşənə qoy bir qədəm,
Sərv balalənməsin, nərgiz də şəhlalənməsin.
Zülfi-müşkinin dağıt ləli-şəkərbar üstünə,
Qönçə xəndan olmasın, sünb.. Ardın oxu »
Qanlar içirtdi qönçeyi-xəndanə ləblərin
Yüz tənə vurdu ləli-Bədəxşanə ləblərin.
Cam içrə ta olunca müqabil dodağuva
Döndərdi badənin ürəyin qanə, ləblərin.
Kafər, nə təşnədir dodağın qanın içməyə,
Rəhm eyləməzmi hiç müsəlmana ləblərin?
S.. Ardın oxu »