Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

++++++++++++++++2 Ləziz Təam.

Moruqlu Jele.

Tərkibi:
1 su stəkanı moruq.
3 su stəkanı su.
10 yemək qaşığı toz şəkər.
4 yemək qaşığı buğda nişastası.
1 çay qaşığı limon qabığı rəndəsi.

Hazırlanması:
Moruqları bol su ilə yuyub süzün. Mətbəx robotuna alıb püre halına gələnə qədər çəkin.
Dərin bir qazana; su, moruq püresi, şəkər, nişasta və limon qabığı rəndəsini əlavə edin. Orta dərəcəli atəşdə davamlı qarışdıraraq, qarışıq qatılaşana qədər qaynadın.
Qazanı ocaqdan alıb yüngül ilınması üçün gözlədin. Xidmət edəcəyiniz qablara pay edin. Jele soyuyana qədər soyuducuda gözlədin.

Meyvə Souslu Manna Şirnisi.

Tərkibi:
Şirni üçün:
1 su stəkanı şəkər.
1 + 1/2 su stəkanı manna yarması.
1 litr süd.
1 paket vanil.
1 ədəd limon.

Sousu üçün:
10 -15 ədəd vişnə.
2 dilim limon.
2 çay qaşığı nişasta.

Hazırlanması:
Limonun qabıqları rəndələnir. Vanil xaric vəsaitlərinin hamısı limon qabıqları ilə birlikdə qatılaşana qədər qarışdırılaraq bişirilir.
Bişən qarışığa vanil əlavə olunub qarışdırılır. Nəmli keks qəlibinə qarışıq tökülüb, ağzı bağlanaraq soyumağa qoyulur.
Tumları çıxardılan albalı, limonlarla birlikdə bir su stəkanı su ilə qazanda zəif atəşdə bişirilməyə başlanılır. Qaynayan kimi, suyunu süzün.
Süzülən suya nişastanı əlavə edib, jele halına gələnə qədər qarışdıraraq bişirin.
Soyudulan şirnini qəlibdən çıxardıb, üzərinə soyuyan sousu töküb, soyuducuda ən az yarım saat gözlətdikdən sonra xidmət edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 15:05 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Dünya mətbəxi
loading...