Bextiyar Vahabzade Men Kimem?
						Mən kiməm? Bu sualı 
Hər il ad günlərimdə 
öz-özümə vermişəm 
Cavab tapa bilməyib 
Bu sualın önündə 
Başımı endirmişəm. 
Mən kiməm? 
Mən nəçiyəm? 
Eşqim, diləklərim nə? 
Niyə gəldim dünyaya, 
Bu dünyada yerim nə? 
Sağ ikən də bilmirəm 
Ölüyəm, diriyəm mən? 
Əvvəlini, sonunu 
Dərk etməyən, ən adi, 
Kəslərdən biriyəm mən. 
İmkanla arzuların 
Arasmda vurnuxan 
Saat kəfkiriyəm mən. 
Zamanın dəhrəsilə 
Qanadlı arzuları 
Budanan bir bəndəyəm. 
Mən bir üzü ağamsa, 
Bir üzü şərməndəyəm. 
Mən özümün düşməni! 
Hər gün çəkir çarmıxa 
Öz içimdə mən, məni. 
Mən özümçün həmişə 
Baxdıqca sirri artan 
Müəmmalı şəkiləm. 
Özümə ittihamçı, özgəsinə vəkiləm. 
Bildiyim bu qədərmiş 
Məni məndən gizlədən
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 310 Bölmə: Bextiyar Vahabzadə
loading...