MƏN AĞI DEMƏYİN BOŞBOĞAZIYAM
İlahi, ağzımın dadımı qaçıb –
yağışın duzludu, qarın şit düşür?!..
Bir açar da düşməz aça qapını,
amma bağlamağa hər kilid düşür.
Elə nazilmişəm, quş boğazıyam…
Büstün qəhər tutmuş daş boğazıyam..
Mən ağı deməyin boşboğazıyam,
çənəmin altına yüz meyid düşüb.
Dil öyrən vəsiyyət deməyə, qağa…
Götür qulluğuna məni «ağ» ağam…
Gedirəm çürüyüb sümük olmağa,
gör ha, dalımca da bir ac it düşüb.
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...