BİR QIZ ÜSTÜMDƏ SAÇ YOLUR
Bizə dərd gələndə bu it
hürmür, ilahi, hürmür.
Keçib korlamaq istəmir,
qıymır ömür yoluna –
bir adam sən verən ömrü
sürmür, ilahi, sürmür.
Mən də qəbir qapısını
döyürəm nəfəs ilən.
Bir qız üstümdə saç yolur
hörmür, ilahi, hörmür.
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...