Mehebbet Bir Shey Deyil!
						Qarda sürüşüb yıxılmağını da,
uğursuz ilk sevgisiylə bağlayan
bu qadınsa, Yazıçılar Birliyinin 
qarşısında durub qışqırır:
Aldatdınız, 
mən də sevdim,
aldatdınız, 
eşqə gəldim,
aldatdınız,
könül verdim...
“Sevgi var, var, var” – dediniz,
“sevgisiz yoxuq” – dediniz,
aldadıb, sonra güldünüz,
lənətə gəlmiş şairlər...
Busa mümkünsüz bir eşqin
şairə elədiyi biçarədi,
üzü pəncərəyə 
payız yağışıyla girib yarışa:
“Qışda payızdan yazmaq,
yayda yazdan,
yazda məhəbbətdən,
payızda səndən - 
ömür boyu qəmdən yazmaq,
qəmdən...”
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...