Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏNİ VURMAĞA DA QALXMAZ ƏLLƏRİM

Buludlar tozdurmu belə qopular
yağışın yol keçib axdığı yerdən?...
İlahi, indicə bir gül çıxacaq
dag öz ürəyini sıxdığı yerdən.

Səni vurmağa da qalxmaz əllərim
atılsa üzünə ləçək tellərin…
səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.

Əh… birin bilirsən sən də, birin yox –
daha yıxılıram, heç xəbərin yox…
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...