Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Sönmüş Ocağa Külün Varmı,de...?

Hər kəs bir arzuyla çağlayıb coşur
Kimisi yolunu ,həddini aşır
Mən səni görəndə dil şeir qoşur
Bu coşan ilhama sözün varmi,de...?

Sorma kədərimi,sorma qəmimi
İndi anlamışam mən öz səhvimi
Yandırıb kül etdin sevən qəlbimi
Bu sönmüş ocağa külün varmı,de...?

Alnımda yazılan yazım bu imiş
Qışım isti keçib, yayım bu imiş
Dərd verdin.çox sag ol,payın bu imiş
Hələ soz deməyə üzün varmı,de...?

Qaranlıq gecəmə şökən canmısan ?!
Qara saçlarıma düşən dənmisən?!
Ömrümdən sevinci nədən silmisən?
Ömrümdə cığırın,izin varmı,de...?


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...