Tarixi
Qıpçaqlar, Monqol zəbtindən əvvəl də Sırdərya, İdil və Don arasında, Qafqaz və Krım dağlarında, Xəzərin şimal düzlüyü ilə bu günki Qazaxıstanın orta və şimal-qərb arasında yaşayıb bir çox türk tayfaları ilə qarışmışlar və İran, Suriya, Rusiya, Şərq Avropa və Bizans ilə hərbi, ticari və iqtisadi əlaqələr qurmuşlar. Əvvəllər "Oğuz çölü" deyilən torpaqlar, artıq XIII əsrdə Dəşti Qıpçaq adıyla xatırlanmağa başlanmışdır. Çindən Don çayına, Uraldan Qaradənizə qədər olan sahəyə yayılan Qıpçaqlar, bu dövrdən sonra da böyük bir hərəkətlə yeni ərazilərə yayılırdılar.
XI yüzildə İrtış çayı sahilində yaşayan qıpçaqlar qərbə doğru hərəkət edərək peçeneqləri məğlub etdilər. Peçeneqlərin bir hissəsi Vərəndə, Qov, Tuba adlı tayfalar qıpçaqların tərkibinə daxil oldular. Bu tayfalar ittifaq bağlayaraq Qarabörk birliyi kimi tanınmağa başladılar.
Tarix: 17.01.2015 / 15:42 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr