Uzun Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstanı öz hakimiyyəti altına salmaq üçün cəhdlər etmişdi (1458, 1463, 1466, 1472 və 1475-ci illər). 1472-ci ildə Gürcüstana qarşı yürüş isə Ağqoyunluların osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü. Uzun Həsən asanlıqla qazanılmış qələbələrlə əsgərlərin döyüş ruhunu yüksəltmək istəmiş, onların müəyyən qədər qənimət əldə etməsinə şərait yaratmışdı.
Uzun Həsən müxtəlif illərdə(1462, 1464, 1472, 1475) Misir və Suriya məmlüklərinə qarşı da yürüş təşkil etmişdi.
1477-ci ildə Uzun Həsən özünün son yürüşünə – Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Beləliklə, Uzun Həsən Şərqi Gürcüstanı ələ keçirir .
Tarix: 13.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr