Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Armaiti, Urmayate

A r m a i t i, U r m a y a t e – Mannada bir şəhər və mahal adı. Tarixi ədəbiyyatda çox vaxt Urmiya gölünün adı ilə əlaqələndirilir. Ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adında iki yaşayış məntəqəsi qeyd olunmuşdur. Ehtimal ki, Urmiya şəhərinin adı Mannadakı Urmeyate toponiminin qısaldılmış formasıdır. Q. Qeybullayevə görə, türk dillərindəki arım, irim, yəni fal, nişanə, əlamət, qabaqcadan xəbər verən, ovsun, cadu, sehr[35] və ata sözlərindən ibarətdir. Bəlkə də maqlara mənsub müqəddəs əyalət olmuşdur. Təsadüfi deyil ki, Urmu şəhəri Zərdüşt peyğəmbərin doğulduğu yer sayılır (İbn əl Fakih yazır: Maqlar güman edirlər ki, dinlərinin yaradıcısı Zərdüşt bu şəhərdəndir). Zaqatala rayonunda Armatian adlı dağ vardır ki, bu da maqların özləri ilə gətirdiyi toponim ola bilər. Gürcü mənbələrində bu bölgədə Movakan, X əsrə aid ərəb mənbəyində Muqkan adlı mahalın qeyd olunması da bunu təsdiqləyir. Y. B. Yusifov Assur mənbələrində adı çəkilən bir sıra Manna toponimlərini sadalamışdır.


Tarix: 15.01.2015 / 19:34 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...