Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Məhəmmədcəfər Məczub - Yaradıcılığı

Təsəvvüf terminlərindən olan "Məczub" sözü ("Məczub – cəzb olunmuş. Sufi termini kimi o kəsə deyilir ki, Allah onu özü üçün seçmiş və müqəddəs su ilə pak etmişdir. Bu cür şəxs əzab və zəhmətsiz yüksək mərtəbə və məqamlara çatar" - Seyyid Cəfər Səccadi. Estelahat və təbirate-erfani. s.697) XIX əsr şairlərindən Kəbudərahəngli Hacı Məhəmmədcəfər Qaragözlünün də təxəllüsü olmuşdur. (Onun haqqında məlumat üçün bax: Hacı Zeynalabdin Şirvani. Bustanüs-səyahə. Tehran, 1315, s.416-423; Məhəmmədəli Müdərris. Reyhanətül-ədəb. Cild 5. s.188-189). Daha çox Məczubəli şah adı ilə məşhur olan bu sufi şair 1823-cü ildə Təbrizdə vəfat etmişdir.

Çox təəccüblüdür ki, Şərəfəddin Mirzə Məhəmməd ibn Məhəmmədrza Məczub Təbrizinin farsca qəzəllər divanı İranda bir neçə dəfə həmin Məczubəli şah Qaragözlünün adına çap olunmuşdur!

1981-ci ildə tanınmış İran alimi Əhməd Gülçini-Məani özünün "Peymanə" adlı təzkirəsində bu açıq-aşkar səhvi qeyd etsə də, iki il sonra Tehranın "İqbal" nəşriyyatı həmin məsələyə diqqət vermədən üçüncü dəfə bu səhvi təkrar etmişdir! Vaxtilə Azərbaycan Respublikasında ərəb əlifbası ilə nəşr olunan "Səhər" adlı tarixi-ədəbi dərgidə həmin səhv Məhəmmədəli Müsəddiqin "Məczubəli şah Qaragözlü" adlı məqaləsinə də yol tapmışdır. (Məhəmmədəli Müsəddiq. Məczubəli şah Qaragözlü. –"Səhər" (tarixi-ədəbi məcmuə). 1984, № 7, s.52-54).


Tarix: 14.01.2015 / 17:11 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...