Zeynalabdin xan Qaragözlü
Həyatı
Zeynalabdin xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Hüseyn xan Hüsamülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu.
Zeynalabdin xan 1887-ci ildən 1894-cü ilədək Kirmanşah əyalətinin vali müavini olmuşdu. 1890-cı ildən Kirmanşaha vali təyin edilmişdi. Bu əyalətdən əlavə Lurestan, Burucerdin hakimiyyəti də ona tapşırılmışdı. O, Əmiri-Əfxəm ləqəbini də daşıyırdı.
Ailəsi
Zeynalabdin xanın Qulamrza xan adlı oğlu vardı. O, Müzəffərəddin şahın qızı Qəmərəssəltənə Məlaikə xanımla ailə qurmuşdu. Zeynalabdin xan İftixarülmülk ləqəbini daşıyırdı.
Tarix: 14.01.2015 / 17:30 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr
loading...