Həyatı
Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər. 1908-ci il noyabrın ikinci yarısında Hacı Pişnamaz başda olmaqla Salmas mücahidlərinin Maku qoşun hissələrinə qarşı müvəfəqiyyətli hücumlardan istifadə edən Nurulla xanın və Qoçəli xanın hissələri Bilvarda yerləşən makululara zərbə endirdilər, bununla da Xoya gedən yol açıldı. Elə bu vaxt bu Heydər Əmoğlu başda olmaqla Xoyda üsyan baş verdi, bu isə şəhərə hücumu asanlaşdırdı. Noyabrın 26-da mücahid dəstələri ilə vuruşmaların gedişində düşmən məğlub edildi, çox böyük itki ilə şəhərdən qaçdı. Bundan sonra ətraf kəndlər azad edilməyə başlandı. 1908-ci il noyabrın axırlarında Maku qoşunu Dilmanda darmadağın edildi, onlar böyük itki ilə Xoya tərəf hərəkət etdilər, lakin Xoy artıq inqilabçıların əlində idi. Xoy mücahidləri makulalara yenidən zərbə endirdilər, Maku qoşunun qalan hissələri təşvişlə qaçdılar”.
Tarix: 13.01.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr