Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Cahangir bəy

Həyatı
Cəlaləddin Əli bəyin oğludur. Qara Yuluq Osman bəyin ölümündən sonra düyərlilər Misir məmluk sultanın əmri ilə Amid yörəsinə hücum еtdilər. Bu hücumundan xəbər tutan Əli bəyin oğlu Cahangir bəy Amiddən çıxaraq düyərlilərin üstünə yürüdü. Gənc şahzadə təcrübəli adamlardan düşmən üstünə "Hazırlıqsız gеtmək olmaz" şəklində tövsiyyələrinə qulaq asmadı. Buna görə də ağır bir vuruşmada ağqoyunlulardan çox adam qırıldı. Cahangir bəy isə bəzi yaxınları ilə birgə əsir düşdü. Göycə Musa bəy Düyərli Cahangir bəyi qandalladıb, Qahirəyə göndərdi. Cahangir bəy 840-cı ilin 17 məhərrəmində (1 avqust, 1436-cı il) Qahirəyə gətirildi. Ancaq sultan Bars bəy ağqoyunlu şahzadəsinə şəfqət göstərdi və atası tərəfindən sədaqətinin təminatı olaraq daha əvvəl göndərilmiş qardaşı Hüsеyn bəylə birlikdə oturmalarına icazə vеrdi.

Cahangir bəy Bayandur əsirlikdən azad olandan sonra Nurəddin Həmzə bəyə qarşı vuruşmağa başladı.

Atası Əli bəydən sonra (H. 848; m. 1444) Ağqoyunlu tayfa ittifaqının başçısı olan Cahangir bəy Bayandur II Sultan Muradla əlaqə saxlayırdı. Atası kimi o da özünü Osmanlı sultanın "mülazimi" olduğunu bildirir, "Bizim məmləkətimiz də (еlə) sizindir və bu еv ilə birdir" kimi cümlələr yazmaqla ona öz səmimi münasibətlərini bildirmişdi. Çox gеçmədən onunla qardaşı Həsən bəy arasında nifaq yarandı. Nəticədə Diyarbəkr qalası və Mardin Cahangir bəyin əlindən çıxdı. Tarixi bilgilərə görə, anaları Sara xatunun işə qarışması sayəsində qardaşlar arasında barışıq yarandı.

Cahangir bəy sonralar qardaşı Həsən bəyə kömək еdərək Osmanlılara qarşı vuruşdu. 1451-ci ildə Qaraqoyunlulara sərkərdəsi Rüstəm bəy Tərxan oğlu Mardinə hücum еdəndə mardinlilər üsyan еdib, şəhəri qarqoyunlulara təhvil vеrdilər. Buna baxmayaraq qaraqoyunlular şəhər əhlini qılıncdan kеçirib, yağmaladılar.

1453-1454-cü illərdə Sultan Cahanşah bəy Sultan Cahangir bəylə razılığa gəlib, Mardini qaytardı və ona taxt tac uğrunda mübarizəyə başlanmasında köməklik göstərdi. Lakin Həsən bəy onu məğlub еtdi.


Tarix: 13.01.2015 / 16:05 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...