Azərbaycanla bağlı tayfa və qəbilələr → Atropatenlilərin şəxs adları
Əfrasiab – Cənubi Azərbaycan ərazisində yarım əfsanəvi Turan hakiminin adıdır. Bəzi mütəxəssislər İranmənşəli ad sayırlar. Türkcə abra – xilaskar sözü, -si şəkilçisi və ən (əb) – bacarıqlı, fərasətli, mahir, işcil [17] sözündəndir. Bu adın "abra" komponenti Xarəzmdə Afriqlər sülaləsinin banisi Afraq (Abraq, Abriq) şəxs adında da vardır.
Bariaks – e. ə. 324 – cü ildə Makedoniyalı İskəndərin ağalığına qarşı üsyan qaldırmış midiyalının adı [18]. Buy – Arik şəxs adının (sondakı "s" yunan dilində əlavə olunma şəkilçidir) yunanca yazılışı nəticəsində təhrif olunmuşdur. Türkcə buy və ariq, arik sözlərindəndir. Türk sabirlərdə Boyariks şəxs adı ilə müqayisə olunur.
Artabazan – III əsrin 20-ci illərində Atropatenanın çarı Ardı »