Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A s a y

A s a y – IV əsrdə Alban çarının adı. Türkcə as – iltifat, mərhəmət, nəvaziş, əziz sözündən və "ay" şəkilçisindəndir. Alban tarixində Mehranilərdən (Cavanşirin mənsub olduğu nəsildən) Varaz Tridatın oğlanlarından biri də qədim ermənicə yazılışda İsay (Esay, Asay adının şəkli) kimi qeyd olunmuşdur. Asay və Esay şəxs adları Orta Asiya və Volqaboyu türk xalqlarında geniş yayılmışdır: azərbaycanlılarda Azay, ruslarda Aseev, ermənilərdə Esayan, gürcülərdə Esadze və. b. IX əsrdə Arsakda xristian albanların hakimi Esay Stepannos (ərəb mənbələrində İsa ibn İstifanus), XVII əsrdə Alban xristian tarixçisi Esay Əsən Cəlalın adları ilə müqayisə olunur.


Tarix: 16.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...