Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kumanlar

Etimologiyası
Türk dillərində kürən, sarışın anlamı verən[6][7]. kuman adı altında tanınan boylarla əlaqədə olmuş xalqlar onları əsasən kumanu, kumenu (assur – urartu), kumanos, kumanoi (Bizans – latın) adlandırsa da, bəzi yazılarda bu boy adının koman, koban, kaman, kaban, kuman, kuban, kumanlı, kumandı şəklində yayıldığını da görmək olur.

Kuman adındakı "sarışın" anlamını nəzərə alındıqda, türk boyları içində onların həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla ilgisi olduğunu qeyd edən tədqiqatçılar da vardır. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Maraqlıdır ki, məşhur kuman bəyi Şarukan (Sarıxan) adında da həmin anlam var.


Tarix: 15.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...