Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlaləddin Əli bəy

Cəlaləddin Əli bəy
Ağqoyunlu bəyi, tayfa ittifaqlarının başçısı. Qara Yuluk Osman bəyin oğludur. XV əsrin 40-50-ci illərində tayfa ittifaqlarının hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində bir müddət Ağqoyunluların rəhbəri oldu, daxili və xarici mübarizədə müəyyən üstünlüklər əldə edə bildi. Əli bəy təkbaşına tək qələbə qzana bilməyəcəyini anlayaraq Misir sultanlığı ilə müqavilə bağladı və Misir hakimi Məlik Əşrəf ona kömək üçün 50 min nəfərdən ibarət hərbi qüvvə göndərdi. Buna baxmayaraq qardaşı Həmzə bəy ilə mübarizədə məğlub oldu və Diyarbəkir Həmzə bəyin qoşunları tərəfindən tutuldu. Misirə gedən Əli bəy geriyə qayıdarkən yolda öldü.


Tarix: 13.01.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...