Manna və Mana yerli tələffüz forması məlum olmayan etnonimin assur və urartu dillərində yazılış formalarıdır və mannaların özlərini necə adlandırdıqları bilinmir. Er. əv. VII əsrin sonlarına qədər Asur və Urartu mənbələrində bu etnos Manna və Mana kimi qeyd olunsa da az sonra er. əv. 519-cu ilə aid fars dilində Bisütun qaya yazısında və er. əv. V əsrdə yaşamış və Midiya haqqında ətraflı məlumat vermiş Herodotun Tarix əsərində Manna yaxud Mana etnonimi yoxdur. Tədqiqatçılar bunu belə izah edirlər ki, Manna dövləti Midiyaya birləşdirildikdən sonra bu madaylara qaynayıb qarışmış və tarix səhnəsindən çıxmışlar.
Prof. Q. Qeybullayev qeyd edir ki, "mannalar haqqında məlumat verən assur və Urartu mənbələrində " maq" etnonimi çəkilmir. Lakin, qədim fars və yunan mənbələrində maq etnonimi işlədilir, Manna etnonimi isə göstərilmir. Maqlar Herodotun yazdığına görə, Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biridir. Belə nəticəyə gəlmək olar ki, assur və urartu mənbələrindəki Manna və Mana qədim fars və qədim yunan mənbələrindəki maq etnoniminin ekvivalentidir. Buradan manna və maq etnonimlərinin eyniliyi aydınlaşır. Manna ( Mana) etnosunun adı əslində Manq olmuşdur. Başqa sözlə, bu etnonimin sonunu təşkil edən " nq" qovuşuq səsi danışıqda "q"səsinə keçmiş və manq etnonimi maq etnoniminə çevrilmişdir. Belə bir fonetik əvəzlənmə türk dilləri üçün səciyyəvidir: nq qovuşuq səsi bir halda "n"səsinə (məsələn, qədim türk mənşəli qonqur və donquz sözləri Azərbaycan dilində qonur və donuz kimi tələffüz olunur), digər halda "q" səsinə (məsələn, əsli qovanq olan söz Azərbaycan dilində qovaq kimi tələffüz olunur; yaxud qədim türk mənşəli "tenqri" sözü xakaslarda "teqri", yakutlarda "dəqiri", balkar – karaçaylarda "teyri"kimidir) keçdiyinə görə Manqa etnonimi Maq formasını kəsb etmişdir. Bununla aydınlaşır ki, bir sıra tədqiqatçıların illər boyu izah edə bilmədikləri manna (mana) etnonimi manqa etnoniminin fonetik formasıdır. Bu, Manna adını daşıyanların türk mənşəli olduğunu göstərən faktlardan biridir."[8] İlk dəfə bu məsələni Azərbaycan türkoloqu T. İ. Hacıyev açmışdır. O yazmışdır ki, Manna etnonimi türkmənşəlidir və onun ilkin forması Manqa ("nq"səsilə) olmuşdur
Tarix: 15.01.2015 / 19:29 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr