Həyatı
Qəzənfər Hüseyn oğlu 1910-cu ildə Xankəndi şəhərində anadan olmuşdu.1918-ci ildən 1921-ci ilədək Kosalar kəndində qolçomaq Murtuzanın muzduru olmuşdu. 1921-1925-ci illərdə ibtidai təhsil aldıqdan sonra, 1925-ci ildən 1929-cu ilədək Şuşa pedaqoji texnikumunda oxumuşdu. Texnikumu bitirərək, 1929-1931-ci ildə Quba rayonundakı 1-ci Nügədi kəndi orta məktəbinin direktoru, 1931-1932-ci ildə Kirovabadın (Gəncənin) Sərkər kənd onillik məktəbində pedaqoq kimi çalışmışdı.
1932-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsinə qəbul olunmuş, 1936-cı ildə ali təhsil diplomu ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının sərəncamına göndərilmişdi. 1936-cı ildən 1938-ci ilədək Bakı şəhərindəki 20-ci məktəbdə pedaqoq, sonra isə Xalq Maarif Komissarlığında təlimatçı işləmişdi. 1938-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1941-ci ilədək burada təhsil almışdı. Aspiranturanı bitirdikdən sonra Azərbaycan SSR Maarif Nazirliyinin sərəncamına göndərilmişdi. Nazirliyin sərəncamı ilə Şuşa Dövlət Müəllimlər İnstitutuna göndərilmiş, institutda dekan vəzifəsində və müəllim işləmişdi. Tarix fakültəsinin bağlanması ilə əlaqədar Maarif Nazirliyinin qərarı ilə Kirovabad Dövlət Müəllimlər İnstitutunun tədris-elmi işlər üzrə direktor müavini təyin olunmuşdu. Beləliklə, 1942-ci il sentyabrın 5-dən 1943-cü il oktyabrın 25-dək Kirovabadda işləmişəm, öz xahişilə işdən azad edilmişdi. 1943-cü il oktyabr ayından Azərbaycan K(b)P Bakı Komitəsinin Kirov adına təbliğat və təşviqat evinin mühazirəçisi, 1951-ci ilin iyun ayının 25-də V.İ.Lenin adına muzeyin direktoru vəzifəsinə təyin olunmuşdu. 1952-ci ilin fevralında Bolqarıstana ezam edilmiş, 1952-ci ilin avqustunadək orada çalışmışdı. Xəstəliyi ilə bağlı Bakıya qayıtmış və 1953-cü il may ayının 1-dən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı təyin olunmuşdu.
Qəzənfər Mehdiyev Azərbaycan arxivinin direktoru olmuşdu.
Qəzənfər Mehdiyev 1982-ci ildə Bakı şəhərində vəfat edib.
Tarix: 11.02.2015 / 13:29 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycan tarixçiləri