Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar İsmayılov (tarixçi)

Həyatı
Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub. 1990-1994-cü illərdə BDU-nun tarix fakultəsinin dekanı işləyib. 1997-ci ildən bu yana kimi universitetdə işlə yanaşı Vətəndaş Cəmiyyəti Uğrunda adlı QHT-yə də rəhbərlik edirdi. E.İsmayılovun təşkilatı Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.

Eldar İsmayılov martın 9-dan 10-na keçən gecə ürək tutmasından dünyasını dəyişib. O, martın 10-da Bakıdakı "Qurd Qapısı" qəbristanlığında dəfn edilib.

Əsərləri
İctimai əhval-ruhiyyə haqqında gizli arxiv sənədləri (1945-1953-cü illər) "Kaspian Krossroud" jurnalı, 5-ci cild, 3№-li buraxılış, 2003-cü il. (Vaşinqton, ABŞ)
Hakimiyyət və xalq. Azərbaycanda müharibədən sonrakı stalinizm. (1945-1953-cü illər) Monoqrafiya, Bakı 2003
Mircəfər Bağırov və "soyuq müharibənin" ilk illərində Azərbaycanda siyasi vəziyyət, "Вертикаль истории" jurnalı, 2004, (Tbilisi, Gürcüstan)
Azərbaycan. Mülayimləşmə: 1953-1956, Mülayimləşmənin ilk illəri. Monoqrafiya, Bakı 2006
Qəmli yubiley ərəfəsində, "Bakı Universitetinin xəbərləri" jurnalı, (Humanitar seriya) Bakı №1, 2006
Sovet dövrü Rusiyasının tarixi oçerkləri. Monoqrafiya, Bakı 2008.


Tarix: 09.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Azərbaycan tarixçiləri
loading...