Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazaka Təxti Süleyman

Qədim Qazaka şəhərinin yerləşdiyi ərazi müxtəlif dövrlərdə, müxtəlif arxeoloqlar tərəfindən tədqiq edilmiş və aşkara çıxarılmış bütün abidələr Təxti Süleyman abidələri adlandırılmışdır. 2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən “Böyük Alov” və ya “Hökmdar alovu”nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda “ādur Wishnāsp” adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir. [15]

Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən istifadə etmişdir, krater isə "Zindani Süleyman" adlandırılmışdır. Digər bir krater isə qalanın içində yerləşir və onun içi bulaq suyu ilə doludur. Deyilənə görə, Süleyman orada süni göl yaratmışdır və həmin göl də günümüzə çatmışdır.

Abidə ərazisində aparılan arxeoloji tədqiqatlar yaşayış mərkəzi kimi bu ərazinin e.ə. VI-V əsrlərdə, Midiya dövründə əsasının qoyulduğunu, Atropatena-Parfiya dövründə isə qalanın və şəhərdəki bir çox tikililərin inşa edildiyi ortaya çıxarmışdır. Şəhər Atropatena dövlətinin paytaxtı olmuşdur. Tədqiqatlar zamanı ərazidən Sasani şahlarına və Bizans imperatoru II Feodosiyə (408-450) aid sikkələr tapılmışdır.


Tarix: 08.01.2015 / 16:43 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Azərbaycan paytaxtları
loading...