Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı

Bakı — Azərbaycan Respublikasının paytaxtı; Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi; Xəzər dənizində ən böyük liman.

Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km²-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.

1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər.

Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.


Tarix: 08.01.2015 / 15:00 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Azərbaycan paytaxtları
loading...