Bakı şəhərinin adının tarixi ilə bağlı bir çox versiyalar mövcuddu. Müxtəlif dövrlərdə müxtəlif səyyahlar və tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmuşdu.
Ümumiyyətlə, Abşeron yarımadasında rast gəlinən adlar əsasən burda yaşayan tayfalar, əhali ilə bağlı olmuşdu. Massagetlərdən Maştağa, mərd tayfalarından Mərdəkan, türklərdən Türkan qəsəbələrinin adı formalaşmışdı. Bakı adına gəlincə isə, bu ad ilk dəfə V əsr Bizans müəlliflərinin əsərlərində rast gəlinmişdi. O, Skif padşahlığıdan Midiyaya gedən yolda "dəniz daşından partlayan" ərazi haqqda məlumat verirdi. VIII əsrin erməni tarixçisi Qevond Xəzər tayfaları ilə ərəblərin toqquşmasından məlumat verərkən Atşi-Baquan ərazisinin adını çəkir. Sara Aşurbəyli bu məlumata istinad edərək bildirir ki, "Atşi" sözü "atəş" sözündəndi. Söz isə "Baquanın atəşləri mənasını verir".
Bütün ehtimallara baxmayaraq, Bakı sözünün tarixi ilə reallığa ən yaxın olan variant fars dilindən yaranan "Badi Kubə" sözünün birləşməsindən yaranmasıdı. Fars dilindən tərcümədə "Küləklər şəhəri" mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər təsdiq edir.
Rus və Avropa səyyahlarının bir çoxlarının əsərlərində Bakı adı müxtəlif cür təqdim olunur. Məslələn, XVII əsrdə Qarrits Baca, Adam Oleari Bakuie kimi təqdim etmişdir.
İslam dini fəlsəfəsində Allahın 99 mübarək adının 96-cısının əl-Bakiy olması da məlumdur. On birinci imam Hz.Həsən Əsgərinin oğlu Hz.Mehdinin (Sahibi-Zaman) özəl adlarından biri də məhz Hz.Bakıyyətullahdır. Burada “Bakıy” etnonimi əlbəttə ki, əbədi mənasındadır. Bakı sözü ərəbcə “sonsuz”, “əbədi”, “qalan”, “fani olmayan”, “varlığı daim olan”, türkcə isə “toxunulmaz” və “müqəddəs” anlamını verir. Sanskritcə (qədim hind ədəbi dillərindən biri) “bhaqa” günəş anlamındadır. Avesta və qədim pəhləvi-iran-fars dillərində “baqa” və yaxud “baq” tanrı deməkdir. E.ə. VI əsr Bisütun mixi kitabəsində (İranın Həmədan şəhəri yaxınlığında Bisütun qayası üzərində İran şahı I Daranın (e.ə. 522-486) həkk etdiyi kitabə) də “Baqa” sözünə rast gəlinir.Azens.az saytının məlumatına görə, “Baqa” sözü günəş-od kimi tərcümə edilərək dolayısı ilə “Boq” sözünü formalaşdırmış və bu etnonim rus dilinə belə keçmişdir. “Bhaqavad Qita” – Veda müdrikliyinin məğzi olan dünyanın transindental ruhi və fəlsəfi klassikasının ən məşhur əsərlərindən biridir. Sözün kökü “bhaqa” – “günəş” və ya “Tanrı” deməkdir. Demək “Bhaqa”, “baqa”, “baq” sözləri – əsrlər boyu dəyişmiş, Günəş, Tanrı və ya od, alov, atəş anlamını verərək formalaşmışdır. Bəzi mənbələrdə bu etnonim Tanrı-Allah kimi də verilir. Nəhayət, belə nəticəyə gəlmək olar ki, bu ərazidə çox qədimlərdə torpaqdan çıxan qaz və neft yanıb od-atəş halında göründüyü üçün adıçəkilən etnonimlər assimilyasiyasına uğramış, burada yaşayan xalq “baq”, “baqa”, ərazi isə “Baqavan”, “Bakuyə”, “Baku”, “Baki” və Bakı kimi formalaşmışdır. Toponim “Allah şəhəri”, “Allah yeri” və ya “Günəş (atəş) şəhəri”, “Günəş (atəş) yeri” mənasını daşıyır.
Tarix: 08.01.2015 / 15:01 Müəllif: Feriska Baxılıb: 258 Bölmə: Azərbaycan paytaxtları