Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Boru xətti

Bakı–Tbilisi–Ərzurum qaz boru xətti 2007- ci il 25 mart tarixində rəsmi açılış mərasimi olmuşdur. Boru xəttinin diametri 42 düym uzunluqu isə 970 kilometr təşkil edir(442 km Azərbaycanın, 248 km Gürcüstanın və 280 km Türkiyənin ərazisindən keçir. Hər borunun uzunluqu – 11,5 metrdir[32]. Bu boru xətti ilə Şah-dəniz proyektinin çərçivəsində çıxarılan qazı ixrac etmək planlaşdırılır[33].
Bakı–Tbilisi–Ceyhan boru xətti , Azərbaycan neftinin Xəzər dənizindən Turkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri. Uzunluğu 1773 kilometrdir. Azərbaycandan (449 km), Gürcüstandan (235 km) və Türkiyədən (1059 km) keçir.
Bakı–Supsa Rəsmi açılışı 17 aprel 1999- cu ildə olmuşdur. Boru xətti Azəri-Çıraq-Günəşli proyekti çərçivəsində tikilmişdir. Onun uzunluqu 837 kilometr təşkil edir[34]. Boru xəttinin diametri 530 millimetrdir.[35].
Bakı–Novorossiysk boru xətti — Xəzər neftini rusiyanın, Qara dənizin sahilində yerləşən,Novorossiysklimanına çatdırmaq üçün istifadəyə buraxılmış boru xətti.
Nabukko qaz kəməri (planlaşdırılır) — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. 3 300 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), MOL (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Alman RWE Qaz Şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan iclasda Nabukkonun altıncı ortağı olmuşdur. Həmçinin, Fransa şirkəti olan Gas da France də bu layihəyə qoşulmaq istəyini bildirmişdir.


Tarix: 08.01.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycan paytaxtları
loading...