Bu dövrlərdə Rusiya İmperiyası aristokratiya, zadəgan, mülkədar və tüccarların maraqlarını dəstəkləyən və ticari əlaqələrini artırmaq üçün yeni ölkə və dövlətləri tutmağı məqsədləşdirən bir siyasəti izləyirdi. Buna görə də Rusiya imperiyası strateji və iqtisadi cəhətdən əlverişli vəziyyətdə yerləşən Azərbaycana xüsusi bir maraq göstərirdi. Gəncə xanlığının yerləşdiyi yerin əlverişli mövqeyini nəzərə alarsaq, Rusiya ilk olaraq buranı zəbt etmək, daha sonra isə buranı hərbi baza kimi istifadə edərək burdan digər xanlıqlara hücum edə biləcəkdi. Rusiya ordusu komandanı Gəncəni İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Generalın yazdıqlarına görə Gəncə qalası Azərbaycanın strateji cəhətdən çox əlverişli bir mövqedə yerləşmişdir. Bu səbəblə Rusiya ilk növbədə Gəncə qalasının tutulmasını məqsədləşdirmişdi. Sisianov dəfələrlə Gəncə xanı Cavad xana könüllü surətdə təslim olmağı təklifini göndərmiş və hər dəfə də rədd cavabını almışdı. 1803-cü ildə o, Tiflisdən keçərək ordusunu Gəncə istiqamətinə yönəltmiş, dekabr ayında isə Gəncə qalasına yaxınlaşmışdı. Qalanın tutulmasının çətin bir proses olduğunu bilən ordu başçısı xüsusi hazırlıqlardan sonra 1804-cü il yanvar ayının 3-ü səhər saat 5-də qalaya hücum əmri verdi. Amansız keçən döyüşdən sonra onlar şəhəri tutmağa nail oldular. Cavad xan öldürüldü. Gəncənin adı dəyişdirilərək Yelizavetpol (Rusiya imperatoru Aleksandrın arvadı Yelizavetanın şərəfinə) adlandırıldı.
1805-ci ildə imperiya hökuməti rəsmi olaraq komendant idarə üsulunun tətbiqinə başladı. O dövrdən etibarən bütün ordu, mülki və maliyyə strukturları birbaşa komendanta tabe idilər. 1806-cı ildə Gəncədə yerli məhkəmə yaradıldı.
Gəncə şəhərində əhalinin üzərində nəzarətin gücləndirilməsi məqsədilə 1824-ci ildə burda polis şöbəsi yaradıldı. Bu şöbə və onun fəaliyyəti yerli əhali arasında ciddi narazılıqlara səbəb oldu. Komendant sistemi 1840-cı ildə ləğv edildi. Daha sonra Gəncə Gürcüstanın İmeret əyalətinin tərkibinə qatıldı və burda rayon mərkəzi yaradıldı.
Yelizavetpol əyaləti 1868-ci ildə quruldu və Gəncə bu əyalətin paytaxtı oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Qafqazdan da o tərəfə Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqəlerinin yaratmasına imkan yaratdı. XIX əsrin birinci yarısında Gəncədə mədəniyyətin dirçəlişi müşahidə edilirdi.
1606-cı ildən 1804-cü ildə Rusiya İmperiyasına birləşdiyi dövrə qədər Gəncə İran imperiyasının tərkibində xanlıq mərkəzi olmuşdur. 1826-cı ildə Rus qoşunları İran qüvvələrini məğlubiyyətə düçar edərək onları burdan sıxışdırıb çıxarmışlar. Çoxlu sayıda erməni, rus, alman köçkünləri burda yerləşdirilmişdir. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar birnci Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Hətta şəhərin tarixi adını əhaliyə unutdurmaq üçün "Gəncə" sözünü işlədənlər 1 gümüş abbası cərimə olunurdu. 1918-ci ilə kimi olan bütün rəsmi sənədlərdə Gəncə Yelezavetpol kimi xatırlanır. XIX əsrin 70 ci illərində Gəncə eyni adlı əyalətin mərkəzi oldu. Şəhər haqqında qanunun 1870 ci ildə qəbul edilməsinə baxmayaraq yalnız 27 il sonra Gəncədə qüvvəyə mindi. Gəncə şəhəri qısa bir zaman müddətinə 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər həmçinin şəhərin adına da təsir etmişdir. Şəhərin tarixi adı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra özünə qaytarıldı.
1920-ci il Sovet işğalı varlıların əlindən sahib olduqları imtiyazları alaraq onları sadə kasıb əhaliylə bir tərəziyə qoyaraq Gəncənin inkişafına öz təsirini göstərdi. Bir çox gəncəli, hətta varlı olmayanlar da İran və Türkiyəyə üz tutaraq buranı tərk etdi və təxminən 70 ilə yaxın öz doğmaları və ana vətənlərindən uzaq qalmaq məcburiyyətində qaldılar. Buna cavab olaraq 1920-ci ildə Gəncədə güclü bir üsyan baş vermişdir. Yalnız 1990-cı illərin axırlarında onlar yenidən vətənə qovuşmaq imkanı əldə etdilər. 1946-1950-ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni də represiya, həbslər, deportasiya dalğası bürümüşdü. Represiyaya məruz qalmışların bir qismi evə dönmə imkanı olmadan cənub sakinləri üçün dözülməz bir şəraitdə yaşamış digərləri isə yalnız on il keçdikdən müxtəlif xəstəliklərə tutulmuş olaraq dönə bilmişlər. İkinci dünya müharibəsində 25.643 Gəncəli cəbhəyə yollanmışdır. Gəncəli kiçik leytenant olan İsrafil Məmmədovun Novqorod şəhəri yaxınlığında Pustinovka kjəndi uğrunda göstərdiyi şücaət ona dünya şöhrəti qazandırmış və o, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir. Sovet İttifaqı qəhrəmanları arasında İ.Məmmədov ilk Azərbaycan.
Tarix: 08.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycan paytaxtları